Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda aparılan abadlıq-quruculuq işlərindən Saray qəsəbəsinə də pay düşüb.

Tarix:2-09-2014, 18:57

Abşeronda aparılan abadlıq-quruculuq işlərindən Saray qəsəbəsinə də pay düşüb.

Abşeronda aparılan abadlıq-quruculuq işlərindən Saray qəsəbəsinə də pay düşüb.
Saray qəsəbəsinin tarixi IX əsrlərə aiddir. Belə ki, Saray sözü «Karvan Sara» sözündən yaranmışdır. Hələ bizim eradan əvvəl Qədim İpək Yolunun keçdiyi yollardan biri qəsəbəsinin cənub tərəfində köhnə Saray kəndi adlanan ərazidən keçirmiş. Burada Karvan dayanıb istirahət etdikdən sonra yoluna davam edərmiş. Sonrakı iqtisadi inkişafla əlaqədar karvanın başqa nəqliyyat növü ilə əvəz edilməsi ilə karvan gedi-gəlişi kəsilmişdir. Bunun nəticəsində karvan sözü ixtisara düşmüş, Sara sözünə isə «y» səsi artırılaraq Saray adını almışdır.
1955-1956-cı illərdə Sovet quruluşunun bəzi qüsurlu qanunları nəticəsində Çaylı adlanan kənd sakinləri öz yerlərindən köçürülərək indiki yeni Saray massivində birgə məskunlaşdırılmışlar.
Görkəmli şəxsiyyətlərdən – dövlət xadimi, akademik Vəli Axundov, Kamal Axundov kimi ziyalılar, M.Ələkbərov kimi Sovet İttifaqı Qəhrəmanı Saray qəsəbəsində anadan olmuş, dövlətə və xalqına şərəflə xidmət etmişlər.

Ərazisi 1471 hektar, əhalisi 25000 nəfərdir.Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir
Qəsəbədə aparılan sosial -abadlıq işləri böyük sürətlə davam etdirilir

Respublika prezidenti cənab İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı” proqramına uyğun olaraq regionlarda aparılan işlərin böyük vüsət alması bugün hamımızı sevindirir. Bu proqram çərçivəsində aparılan abadlıq-quruculuq işləri Bakının Abşeron rayonunda, eləcə də bu rayonun qəsəbə və kəndlərindən də yan keçməyib.
Abşeron rayonunda olduğumuz müddətdə diqqəttimizi cəlb edən qəsəbələrdən biri də Saray qəsəbəsi oldu. Bu qəsəbədə vaxtı ilə bir neçə dəfə olmuşduq. Son günlər gördüyümüz Saray qəsəbəsi isə o vaxt gördüyümüz qəsəbədən tanınmaz dərəcədə fərqlənirdi. Qəsəbə bir neçə dəfə böyümüş, yeni, yaraşıqlı evlər inşa edilmiş, magistral və kəndarası yollara asvalt örtük çəkilmişdir. Qəsəbə əhalisinin çöhrəsindəki təbəssüm aydınca hiss olunmaqdadır.

Saray bizim rayonun ən böyük qəsəbərlərindən biridir. Son on ildə demək olar ki, iki dəfə böyümüş bu qəsəbədə görülən işlər Sarayın simasını özü üçün ənənəvi olmayan bir şəkildə dəyişib. Bakı- Sumqayıt istiqamətində və yuxarıda qeyd etdiyimiz rayonlara gedib-gələn insanlar Sarada davam edən tikinti-quruculuq və bərpa işlərinin bu gün də davam edən sürətini məmnunluqla qəbul edirlər. Qəsəbənin girəcəyi olan “qəsbənin girişi” indi həqiqətən yaşıllıqlara bürünmüş bir təbiət ünvanına çevrilmişdir. Hələ yay aylarından burada başlanan abadlıq işləri bu həndəvərdə vaxtilə Rusiyada və Avropada gördüyümüz şəhər gözəlliklərini xatırladır. Rayonumuzun “Ceyranbatan-Saray” adlanan ərazisindən Sumqayıta doğru gedən magistral yolun hər iki tərəfində süni təpələr yaradılır, yol kənarları çoxsaylı dekorativ ağaclarla, gül kollarıyla yeni görkəmdə abadlaşdırılır. Yaşıl təpələr üzərində çiçəklərlə yazılmış “Abşeron rayonu” sözü bu möhtəşəm təmtərağı yaradanların ünvanını göstərirmiş kimi əhəmiyyət kəsb edir.

Qəsəbədə olduğumuz müddətdə qəsəbənin ağsaqqal sakinlərindən biri ilə maraqlı söhbətimiz zamanı o qeyd etdi ki, "bir necə il əvvəl qəsəbənin yolları bərbad vəziyyətdə idi. Amma artıq müasir standartlarla yollarımız təmir olunub. Bundan başqa təmizlik, abadlıq işləri həyata keçirilib. Əvvəl zibil qabları günlərlə boşaldılmırdı. İndi gündə iki dəfə zibilqabları təmizlənir. Yəni əvvəlki antisanitar vəziyyət aradan qaldırılıb. Fikir versəniz, insanların üz ifadələrindən hiss edərsiniz ki, hər kəs görülən işlərdən razıdır”

Abşeron Xəbərə müsahibə verən Saray bələdiyyəsinin sədir müavini Vəsilə xanım Əbilhəsənova Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Saray qəsəbəsində də gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.O qeyd etdi ki,rayon rəhbəri cənab Zakir Fərəcovun Saray qəsəbəsinə və qəsbənin sakinlərinə ayırdığı diqqət və qayğının sahəsində bugün qəsəbəmiz inkişaf edir, çiçəklənir.
Sevil Qazıyev küçəsi əsaslı təmir olunur, hasarlar çəkilr və ağ lay tavaları ilə üzlənilir, müasir işıqlandırma sistemi qurulur ,həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, yerə qazon döşənilib
Qeyd etmək yerinə düşər ki, qəsəbədə telefon, mavi yanacaq, elektrik,konolizasiyya və su xətləri çəkilib, ətraf ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq işləri aparılıb, yaşıllıq zolaqları yaradılıb

Hər bələdiyyə bir layihə çərçivəsində 6 qruppalıq yeni uşaq bağçası-körpələr evinin Saray bələdiyyəsinin vəsaiti hesabına tikintisi yekunlaşmaq üzrədir. (sentiyabradək).Həmçinin qəsəbə ərazisində Yaz mövsümündə 1700 ədəd müxtəlif növ ağac əkilmişdir.(xan çinar, eldar şamı, akasiya və digər növ)
Qəsəbə ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük vətən müharibəsi veteranları və aztəminatlı ailələrdən olan insanlar da bu günlər bələdiyyə tərəfindən qayğı ilə əhatə olunmuş,onlara torpaq sahələri verilmiş,maddi yardım edilmişdir.

Sonda Saray qəsəbəsi bələdiyyəsinin sədir müavini Vəsilə xanım respublikamızın bu günkü hərtərəfli inkişafından danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və birbaşa köməkliyi sayəsində hər yerdə olduğu kimi rayonumuzda o, cümlədən kəndlərimizdə abadlıq- quruculuq işləri həyata keçirilir. O,qeyd etdi ki, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki,Abşeron rayonunun bütün kənd və qəsəbələrində belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə və qəsəbələrdə daxili yollar təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə heç bir kəndimizdə insanları narahat edən problemlər olmayacaq. Görüşün sonunda Vəsilə xanım Saray qəsəbəsinə ayrdığı diqqət və qayğıya görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsəbə sakinləri və öz adından dərin minətarlığını bildirdi.

Baş redaktor: Şamo Əliyev

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır