Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir

Tarix:7-09-2014, 04:21


Bu gün Aşbşeron rayonunun hər bir kənd və qəsəbəsində quruculuq və abadlaşdırma işləri görülürki,bunun bariz nümünəsi kimi,tikintisinə yenicə başlanmış Abşeron rayon Olimpiya İdman Kompleksinin Yeni binasını göstərmək olar.
Abşeron rayon Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin 2011-cio il 27 may tarixli, 1535 saylı Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilir. Tikinti üçün Abşeron rayon İcra hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 ha torpaq sahəsi ayrılmışdır.
Layihə-smeta sənədləri “L & N” memarlıq-dizayn şirkəti tərəfindən hazırlanmışdır.
Tikinti quraşdırma işləri “İnşaatçı” MMC tərəfindən yerinə yetirilir.
06 iyun 2012-ci il tarixdə təməli qoyulmuş Abşeron Olimpiya İdman kompleksinin baş planına əsasən inşa ediləcək bina və qurğuları aşağıdakılardan ibarətdir:
Əsas bina 5 hissədən ibarətdir:
A blokunun 1-ci mərtəbəsi 19 x 45,5 m ölçüdə 1000 tamaşaçı-yerlik universal idman zalı, ağır atletika zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçi otaqları, idman avadanlıqları otağından, 2-ci mərtəbəsi trenajor zalı (fitness klub), boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, invertar və texniki otaqlardan ibarətdir.
B bloku (2 mərtəbəli giriş hissə) 1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı və mühafizə otağından, 2-ci mərtəbə isə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdir.
C blokunun zirzəmi mərtəbəsi tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı və texniki otaqlardan, 1-ci mərtəbə 2 döşəkli, 300 tamaşaçı-yerlik güləş zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları və inventar otağından, 2-ci mərtəbə məşqçilər otağı və şahmat klubundan ibarətdir.
D blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilmişdir. 1-ci mərtəbəsi üzgüçülük hovuzu (ölçüsü 25 x 12,5 metr olan) və 200 tamaşaçı-yerlik tutumu olan üzgüçülük zalından ibarətdir. Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində kafenin mətbəxi, anbarı yerləşdirilmişdir. 2-ci mərtəbəsi isə administrasiya otağından ibarətdir.
E bloku 3 mərtəbəli 38 çarpayı-yerlik mehmanxanadan ibarətdir. Mehmanxananın zirzəmi hissəsində çamaşırxana, ütü otağı, texniki otaqlar, soyuducu kameralardan və meyvə-tərəvəz anbarları nəzərdə tutulmuşdur. 1-ci mərtəbədə foye, qeydiyyat otağı, retoran, administrativ otaqlar, server otağı, yuxarı mərtəbələrdə isə yataq otaqları inşa ediləcək.
Baş plana əsasən həmçinin 2000 tamaşaçı-yerlik futbol stadionu, mini futbol, basketbol, voleybol meydançası, tennis kortu, skeyt parkı, açıq meydançalar üçün soyunub geyinmə binası, qazanxana, yerüstü avtomobil dayanacağı, transformator yarımstansiyası, içməli və ynğına qarşı su anbarları və gözətçi otağının tikilməsi nəzərdə tutulub..

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən Abşeron Olimpiya İdman Kompleksi 2015-ci ildə istifadəyə veriləcək.

Kompleks sözün əsl mənasında Abşeronlu idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək Abşeronlu idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, avropa çempionalrı adını qazanacaqlar.”

Baş redaktor: Şamo Əliyev


Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir
Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib