Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda hesabat iclası keçirildi

Tarix:27-02-2019, 20:39

Abşeronda hesabat iclası keçirildi


Bu gün Abşeron rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar əvvəlcə ümummilli liderin büstü önünə çiçəklər düzərək xatirəsini anıblar. Sonra 2018-ci ildə rayonda görülmüş abadlıq-quruculuq işləri, keçirilmiş tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

İclasda rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova geniş məruza ilə çıxış edib. Qeyd edilib ki, 11 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Tədbirdə dövlət başçısı geniş nitq söyləyib və bildirib ki, 2018-ci ildə qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkənin hərtərəfli dinamik inkişafı təmin edilib. 2018-ci ildə ölkə iqtisadiyyatına 17.2 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 11 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyarda çatıb.

Bildirilib ki, 2018-ci il Abşeron rayonu üçün uğurlu illərdən biri olub. Ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib. Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bundan əlavə Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi, Mehdiabad qəsəbəsində 1 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi təmir edilib. Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3 , 5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilib, binaların həyətində 300 mm diametrli 360 metr uzunluğunda kanalizasiya xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılıb. Bundan əlavə həmin əraziyə 3000 kv.m asfalt örtük verilərək nümunəvi məhəllə yaradılıb.

Vurğulanıb ki, ötən il Xırdalan şəhərinin küçə və məhəllələrində 5100 paqometr səki daşı düzülüb, 2100 kvadratmetr tomet döşənib, 44600 kvadratmetr sahəyə asfalt örtük verilib. Bundan əlavə 10 ədəd söhbətgah, 34 ədəd karusel və idman qurğusu quraşdırılıb, 3 bulaq inşa olunub. Eyni zamanda Aşağı Güzdək qəsəbəsində 6500 m2-lik ərazidə park salınıb, qəsəbə ərazisində 100 ədəd oturacaq quraşdırılıb. Bundan əlavə, rayonun daxili imkanları hesabına yaşayış məntəqələrində küçə və yollarda 65 min kvadratmetr asfaltlama işləri həyata keçirilib, 22 min kubmetr çınqıl və ya karbonat tökülüb yayılıb. Rayon ərazisində park, yol kənarı və digər ərazilərdə 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.

Bildirilib ki, Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib, ötən müddət ərzində müxtəlif diametrli 109 km uzunluğunda içməli su, 61 km uzunluğunda kanalizasiya xətti çəkilib, 16481 ev birləşməsi verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tender təşkilatı tərəfindən ümumilikdə xətt çəkilişi işlərinin 65 faizi görülüb, işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun Pirəkəşkül, Qobustan kəndlərində daxili içməli su xətt şəbəkəsi yenidən qurulub və hazırda kənd sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 16 km uzunluğunda kanalizasiya xəttinin və iki nasosxananın inşası işləri başa çatdırılaraq istifadəyə verilib.

Qeyd edilib ki, 2018-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də çox böyük layihələr həyata keçirilib. Rayonun yaşayış məntəqələrində 56 yeni transformator qoyulub, yaşayış məntəqələrində 139300 metr uzunluqda “SİP” kabelləşməsi aparılıb, 17058 ədəd sayğac quraşdırılıb. Masazır və Məmmədli kəndlərində inşa edilmiş 35 kv-luq yarımstansiyaların istifadəyə verilməsi nəticəsində əhalinin elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşdırılıb. Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində müxtəlif diametrli 14.6 km uzunluğunda yeni təbii qaz xətləri çəkilib, 18 ədəd təzyiq tənzimləyicisi və 8026 ədəd sayğac quraşdırılıb.

Qobu və Saray qəsəbələrinin təbii qazla təchizatında mövcud olan problemlər tamamilə aradan qaldırılıb. Vətəndaşların telefonla təmin edilməsi məqsədilə rayonun yaşayış məntəqələrində 400 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilib. Görülmüş işlərin nəticəsi olaraq, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 95-ə, internet istifadəçilərinin sayı isə 54-ə çatdırılıb. Ötən il internet abunəçilərinin sayı 5 min nəfər artmaqla 40 mini ötüb.

Bildirilib ki, hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib ki, həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb. Eyni zamanda, Qobu qəsəbəsi ərazisində 0.7 hektar torpaq sahəsində xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

2018-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub. Ötən il rayonda sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8075 nəfər olub, çalışan işçilərin orta aylıq əmək haqqı 348 manat təşkil edib.
Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Ötən il kənd təsərrüfatı məhsulları istehsalının həcmi 34 faiz artaraq 74 milyon manata çatıb. İl ərzində 648 hektar tərəvəz sahəsindən 76213 ton məhsul yığılıb. Hazırda Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb.
Qeyd edilib ki, hesabat dövründə büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115.1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97.1 faiz icra olunub.

Ötən ilin dekabr ayında Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatdırılıb, qəsəbənin Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. 2019-cu ildə də məcburi köçkünlərin evlə təmin edilməsi davam etdiriləcək və Ölkə üzrə ümumilikdə 7000-8000 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın qayğısı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatıb. Ümumilikdə Masazır kəndində bu məqsədlə 365 mənzildən ibarət 3 çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilib.

2018-ci il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Ötən il rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik məktəb binası istifadəyə verilib, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində 2 və 22 saylı körpələr evi-uşaq bağçası təmir olunub, Masazır kəndindəki Yeni Bakı yaşayış kompleksində 6 qruplu 120 yerlik, Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülməkdədir.

Tədris fəaliyyətinə yaradılmış şəraitin nəticəsidir ki, ötən il məktəbi bitirmiş məzunlardan 1306 nəfəri və ya 74.4 faizi respublikanın və xarici ölkələrin universitetlərinə daxil olaraq tələbə adını qazanıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin iyul ayında Məmmədli kəndində yerləşən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və abidə ərazisində turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb və hazırda bununla bağlı yenidənqurma işləri sürətlə davam etdirilir.
Əvvəlki dövrlərdə olduğu kimi hesabat dövründə də vətəndaşların qəbuluna diqqətlə yanaşılıb, rayon icra hakimiyyəti başçısının həftə ərzində bir gün rayon İcra Hakimiyyətində, bir gün isə yerlərdə olmaqla sakinlərin səyyar qəbulları təşkil edilib. Ötən il 690 nəfər vətəndaşın müraciəti dinlənilib, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülüb. Xüsusilə 2018-ci ildə rayonun qəsəbə və kəndlərində 8 min nəfərdən çox sakinin iştirak etdiyi 35 səyyar qəbul-görüş keçirilib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və digərləri ölkədə və rayonda görülən işlərdən söz açıblar.

Sonra rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında səmərəli fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə bir qrup şəxs Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Sonda iştirаkçılаrı аdındаn Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə mürаciət və iclasının qərarı oxunub.

Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi
Abşeronda hesabat iclası keçirildi

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib