Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bir Abşeron hekayəti – Şağan

Tarix:28-11-2013, 17:26

Bir Abşeron hekayəti – Şağan
Şağan - oğuz elinin məskəni

Xəzər dənizinin qərb sahilində yerləşən Abşeron yarımadası Azərbaycanın adı simvollaşmış yerlərindən biridir. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Ehtimala görə, “duzlu su” mənasını verən bu ad əvvəllər Xəzər dənizini işarə etmək üçün işlənmişdir. Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 min il bundan əvvəl məskunlaşmışdır. Bütünlükdə yarımadada qədim insan məskənlərini nişan verən tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı-hesabı yoxdur. Burada, həmçinin daşdan yonulmuş, üzərində süjetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbiristan kompleksləri aşkar edilmişdir - Dübəndi, Türkan, Xaşaxuna, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələri, Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Tarixi uzaq əsrlərə gedib çıxan Şağan qəsəbəsi də Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biridir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, hələ eramızdan 3000 il əvvəl ərazidə əhali məskunlaşmışdır. Yaşayış məskəninin Banağan adlanan sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astronomik bilgiləri özündə ehtiva edən Günəş, Ay, Yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır.
Amma Şağan coğrafi məfhumunun bir neçə izahı olduğu aydınlaşır. Bəzi etnoqrafların fikrincə, toponim “şah” - “böyük” sözündən və “an” - məkanlıq şəkilçisindən əmələ gəlmişdir ki, bu da tərcümədə “böyük kənd” kimi səslənir. Xalq etimologiyasına görə isə vaxtilə burada Şahxan adlı bir nəfər yaşamış və kənd onun şərəfinə belə adlandırılmışdır. Daha bir fərziyyə də irəli sürülür: Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur. Toponimin “sakan” etnonimi ilə oxşarlığı belə bir mülahizə yürütməyə əsas verir ki, vaxtilə burada sakan tayfasından olan adamlar yaşamışdılar.

Coğrafi cəhətdən kənd şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi ilə qonşuluqda yerləşir. Qəsəbənin sahəsi təqribən 1500 kv.km-dir, əhalisinin sayı isə 3800-ə yaxındır. XX əsrin 30-cu illərinədək Şağan yaşayış məntəqəsi kənd statusu ilə, 1994-cü ildən isə şəhər tipli qəsəbə statusu ilə Əzizbəyov rayonunun inzibati ərazi vahidliyinə daxil olmuşdur.Şağanın tarixi abidələri
Şağanda tarixi baxımdan bir sıra dəyərli memarlıq abidələri də var. Bunlardan XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri qeyd etmək olar.

Şağanın milli koloritlərini özündə əks etdirən əsas elementlərdən biri də daş divarlardır. Deyilənə görə, Şağan ta qədimdən sakit məskən olub. Maraqlısı odur ki, bu kiçik və az əhalisi olan kənddə düz 6 qəbiristanlıq salınıb. Sonuncu qəbiristanlıq bir neçə il öncə salınıb. Ancaq məzarlıqların çox olması heç də ölüm hallarının artması ilə əlaqədar deyil. Bunun səbəbi onunla izah olunur ki, əhali məzarlıq seçimində düzgün ərazi müəyyənləşdirə bilməyib. Təqribən hər məzarlıqda 400-500 mərhum uyuyur. Qəbiristanlıq əraziləri əlverişsiz məkanlarda yaradılıb və ərazi kiçik olduğundan torpaq qıtlığı yaranıb. Kəndlilər yeni bir ərazi ayırmaq məcburiyyətində qalıblar. Bir müddət sonra yenə eyni aqibət təkrarlanıb. Beləliklə, Şağanda 6 qəbiristanlıq salınıb. Bundan əlavə, məzarlıqların çoxluğunun bir səbəbi də həmin ərazilərdə bölgələrdən gələn sakinlərin ev tikməsidir.

Kənddəki Qubala və Sərdəbala türbələrinin maraqlı tarixçəsi var. Sakinlərin sözlərinə görə, əslində, sözügedən türbələrdə uyuyan mərhumları qədimdə müvəqqəti bura qoyublarmış. Bu ərazidən karvanlar keçirmiş. Həmin ölən adamları burada məzara üzü qibləyə deyil, əksinə, xəzri-gilavar küləyinin istiqamətində dəfn ediblər ki, yaxınları nə vaxtsa gəlib aparacaq. Deyilənə görə, həmin məzarlarda yatanlar Kərbəla, Nəcəf və başqa Şərq ölkələrinə gedən karvan yolçuları olub. Hazırda həmin türbələr baxımsız qalıb.

Şağandakı XIII əsrə aid dördbucaqlı Qala çox məşhur abidə olub. XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədi ilə inşa olunan Şağan qalası Abşerondakı bir çox qalalar kimi ağ daşdan tikilib. Ancaq indi Qalanın yalnız dağıntıları qalıb. Qalanın bir hissəsi uçurulub və daşlardan hasar tikilməsi üçün istifadə olunub.Şağanlıların bugünkü həyatı

Bu qədim kəndin əhalisi ulu babalarından qalan məşğuliyyətlərinin günümüzdə də davam etdirir. Hazırda bu sənət sahələrinin bir çoxu böyük xərc tələb etdiyi və bahalaşdığı üçün insanlar onlardan uzaqlaşmaq məcburiyyətində qalırlar. Günümüzdə Şağanlıların ənənəvi məşğuliyyəti, demək olar ki, əkinçilik, bostançılıq, bağçılıq, maldarlıq və sənətkarlıqdan ibarətdir. Kəndlilər mal-qara üçün əvvəllər boş ərazilərin kifayət qədər olduğunu deyirlər. Amma evlərin və müxtəlif iaşə obyektlərinin tikilməsi mal-qara üçün ərazi qıtlığı yaradıb. Ancaq Şağan əhalisi yenə də bostançılıq və maldarlıqdan gələn qazancla dolanır. Sakinlər işsizlik və güzəran problemindən qurtulmaq üçün təsərrüfat fəaliyyətinin yeganə çıxış yolu olduğunu söyləyir. Son illər bu işlər əhaliyə xeyli çətinliklər bahasına başa gəlsə də, insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün qədim baba yurdunda həyat mübarizəsini davam etdirməkdən başqa çıxış yolu da görmür.

Abşeron yaşayış məntəqələri içərisində istər ərazisinə, istərsə də əhalisinin sayına görə kiçik qəsəbələrdən olmasına baxmayaraq, buradan respublikamızın ictimai, siyasi, mədəni həyatında kifayət qədər əhəmiyyətli rol oynayan bir çox şəxsiyyətlər çıxmışdır. Şağanlılar həmkəndliləri - Rusiya Dövlət Dumasının sabiq üzvü Məmmədyusif Cəfərov, keçmiş Müsavat hökumətinin parlament üzvü Heybətqulu Məmmədbəyli, akademik, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru Hacıbəy Sultanov, SSRI xalq artisti Qəmər Almaszadə, şair Bəbir Məmmədzadə, bəstəkar Adil Gəray, əməkdar incəsənət xadimi Rəşid Məmmədbəylinin adını fəxrlə çəkirlər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib