Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yel çərşənbəsi “Yanar dağ”da qeyd edildi

Tarix:12-03-2019, 22:43

Yel çərşənbəsi “Yanar dağ”da qeyd edildi

Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, artıq bir neçə ildir ki, “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda təntənəli bayram şənlikləri keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı ilə martın 12-də Yel çərşənbəsi münasibətilə “Yanar dağ”da gerçəkləşən “Yurduma bahar gəlir” adlı tədbir rəngli görüntülərlə yadda qaldı.

Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədovanın , Türkiyənin Azərbaycandakı Səfirinin 1-ci müavini V.Öskiperin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə aparıcılar tərəfindən Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Abşeron Rəqs Ansamblının ifasında “Cəngi” rəqsi ifa olundu, Rayon Mədəniyyət evinin bədii kollektivi maraqlı musiqi nömrələri ilə çıxış etdilər.

Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Onların ənənəvi deyişməsini isə uşaqdan böyüyə hər kəs əzbər bilir. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Allı-güllü Bahar qızı tədbirə yaz təravəti gətirdi. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı.

Şamo Əliyev

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır

Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib

Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Xocalıda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Memorial Kompleksin təməli qoyuldu

Novruz bayramı ərəfəsində Abşeron rayonunda abadlıq-təmizlik işlərinə başlanılıb