Abşeron rayonu ərazisində aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Rayonun ayrı-ayrı ərazilərində binaların fasadları əsaslı təmir edilir, yollar asfaltlaşdırılır, bardürlər dəyişdirilir, səkilərə tamet plitələr vurulur, mövcud yaşıllıqlar və parklar yüksək səviyyədə abadlaşdırılır, yeni-yeni yaşıllıq zolaqları yaradılır. Görülmüş işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Hal-hazırda bu yöndə görülən işlər davam etdirilir. Bütün bunlarla bərabər görülmüş işlərin və yaşıllıqların qorunması vacib məsələlərdən biridir.
Rayon sakinlərindən xahiş olunur ki görülmüş işlərin qorunub-saxlanılmasında fəal iştirak etsinlər.
Baş redaktor: Şamo Əliyev