Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
27-09-2014, 22:13 Oxunub: 2031

Günü-gündən abadlaşan Abşeron rayonu payız-qış mövsümünə tam hazırdır

Günü-gündən abadlaşan Abşeron rayonu payız-qış mövsümünə tam hazırdır


Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi məsələsi öz həllini tapıb

Qış fəsli yaxınlaşmaqdadır. Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, əhalinin enerji təminatında bəzən müəyyən problemlər yaranır. Həmin problemlərin yaranmaması üçün rayonun bütün kənd və qəsəbələrində qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilməkdədir. Rayon rəhbəri cənab Zakir Fərəcovun göstərişi ilə həyata keçirilən bu tədbirlər isə cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir. Bu səbəbdən də, Abşeron rayonunun kənd və qəsəbələrində payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirləri işıqlandırmaq məqsədi ilə Abşeron rayonunun kənd və qəsəbələrində olduq. Abşeron rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsindən aldığımız məlumata görə, ölkənin hər yerində olduğu kimi, Abşeron rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir. Rayon təsərrüfatlarının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədi ilə Abşeron RİH başçısının müvafiq sərəncamına əsasən bütün sahələri əhatə edən tədbirlər planı işlənilib hazırlanıb, onların icrasını təmin etmək məqsədi ilə operativ qərargah yaradılıb.
Tədbirlər planının icrası zamanı rayon ərazisinin abadlaşdırılması, mənzil fondu, təhsil, səhiyyə, kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı, əhalinin fasiləsiz olaraq işıq, qaz, su və digər xidmətlərlə təmin edilməsi diqqət mərkəzində olub. Bu günlərdə RİH-də keçirilən müşavirədə həmin tədbirlər planının icrası geniş şəkildə müzakirə olunub.

Tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Ötürücü yarımstansiyalar yeni tipli avadanlıqla təchiz edilib, binalara və mənzillərə gedən naqillər və kabellər yeni yeraltı kabellərlə əvəzlənib. Stansiya və transformator məntəqələrinin yerləşdiyi ərazilər müasir şəkildə abadlaşdırılıb və yeni müasir görkəmdə əsaslı təmir olunub.
Qaz təsərrüfatında çoxlu işlər görülüb, qəza vəziyyəti yaradan, binaların şaxtalarından keçən qaz xətləri pilləkən qəfəslərinə çıxarılıb, qaz xəttində əsaslı təmir işləri aparılaraq qaztəmizləyici qurğu və avadanlıqlar yerləşdirilib.
Rayon ərazisindəki istilik məntəqələri rekonstruksiya edilərək yeni qazanxanalara çevrilib, modernləşdirilib və daha müasir avadanlıqlarla təchiz edilib, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilib.


Bir sözlə, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının, idarə və müəssisələrin, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə təmin edilməsi üçün maksimum tədbirlər həyata keçirilib.

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Bu gün, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıbBu gün, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcəkBu gün, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək olduBu gün, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıbBu gün, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”Bu gün, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilibBu gün, 11:50 | Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilərBu gün, 11:49 | Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edibBu gün, 11:47 | Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilirBu gün, 11:46 | Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüşübBu gün, 10:32 | Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHIBu gün, 10:31 | Bu qan qrupu olan insanlar XƏRÇƏNGDƏN SIĞORTALANIBBu gün, 10:30 | Hansı su daha yaxşı təmizləyir - soyuq yoxsa isti?Bu gün, 10:26 | Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə MərkəziBu gün, 10:25 | “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat keçirildiDünən, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiDünən, 12:15 | Nazir əmr imzaladıDünən, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibDünən, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərDünən, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurDünən, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıDünən, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıb