Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək. Qəbul Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 01.04.2019-cu il tarixində, saat 10:30-da baş tutacaq.
İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla kənd və qəsəbələrdə görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ona görə də sözügedən bu qəbulda yalnız Xırdalan şəhər sakinləri iştirak edə bilərlər.