Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda yenidənqurma və abadlıq işləri aparılır. Bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna aparan bütün yolların ətrafı abadlaşdırılır. Belə ki, Digah və Məmmədli kəndlərindən keçən avtomobil yolunda yerləşən hasarların hündürlüyü artırılır, divarları çay daşları ilə bəzədilir, ətrafları alaq otlarından təmizlənir və eləcə də ümumi iməclik işləri görülür.
Ərazidə həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olmaq məqsədi ilə Məmmədli və Digah kəndlərinə baş çəkən Abşeron RİH başçısı İradə Gülməmmədova sözügedən yolun ətrafında yaşıllıq zolağının salınması və ağacların əkilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.