Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.

Tarix:16-10-2014, 03:51

Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.

Oktyabrın 15-də Abşeron rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.

Abşeron rayonu Yeni Azərbaycan Partiyasının binasında Yeni Azərbaycan Partiyasının Abşeron rayonundan olan qadın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə qarşıdakı bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi əsas müzakirə mövzusu oldu. Görüşdə bələdiyyə seçkiləri ilə yanaşı, şuranın, ümumilikdə, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıdı.
Tədbirdə çıxış edən RİH-i başçısının birinci müavini İradə xanım Gülməmmədova bildirdi ki, bələdiyyə seçkilərində qadınların təmsilçiliyi qarşıda duran prioritet məsələlərdəndir. Diqqətə çatdırıldı ki, hazırda YAP üzvlərinin 40 faizdən çoxu qadınlardır. Hazırkı bələdiyyə üzvlərinin isə təxminən 30 faizini qadınlar təşkil edir. Halbuki ilk bələdiyyə seçkilərində bu göstərici olduqca aşağı idi. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində, ötən müddət ərzində Azərbaycanda qadınların müxtəlif idarəetmə strukturlarında təmsilçiliyi müsbət istiqamətdə dəyişib. Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, xüsusilə dövlət idarəçiliyində geniş təmsil olunur.
Qeyd edildi ki, belə bir şəraitdə qadınların bələdiyyələrdə təmsilçiliyi məsələsi də günün tələbi kimi meydana çıxır. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqəti, ana diqqəti, ana ədalətinin bu quruma gətirilməsi deməkdir.

Tədbirdə YAP Qadınlar Şurasının sədri Təyyubə xanım Hüseynova qeyd etdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir. Öz növbəsində həmçinin qeyd etdi ki, qadınlar elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzlarını ilbəil artırmağa müvəffəq olub.

Tədbirdə çıxış edən Saray bələdiyəsinin sədr müavini Vəsilə Əbilhəsənova qeyd etdi ki, qadınlar hər zaman Azərbaycanın ictimai-siyasi həyatında aktiv olub və bu mənada 9 oktyabr prezident seçkiləri də istisna olmadı: "Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir. Buna görə də qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını biz həmişə hiss edirik".

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Çinarə Sadıxova və digər partiya üzvləri də qadınları qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırdılar.
Görüşdə gender bərabərliyi, erkən nikahlar, hərbi vətənpərvərlik və digər mövzularda da müzakirələr aparıldı.

Baş redaktor: Şamo Əliyev

Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.
Qadınlar Şurasının təşəbbüsü ilə görüş keçirildi.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir