Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
21-10-2014, 22:40 Oxunub: 1 845

Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.

Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.

Abşeron rayonunun sənətkarlıq paytaxtı elan olunması ilə əlaqədər 2014-cü il tədbirlər planına uyğun olaraq Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzində tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Qonaqlar ilk önçə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdılar .


Məlumat verildi ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.

Mərkəzin 3-cü mərtəbəsində Abşeronlu rəssam Elçin Muradovun 50-yə yaxın əl işindən ibarət sərgisi daha çox qonaqların diqqətini cəlb edirdi. Onun çəkdiyi əsərlərdə rənglər parlaq və aydınlığı ilə daha çox seçilirdi. Bu, özlüyündə rəssamın öz sənətinə ürəkdən bağlılığından xəbər verir.

Qonaqlara məlumat verildi ki,son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.

Mərkəzin akt zalında toplaşmış qonaqlara tədbir haqda məlumat verən Abşeron rayon mədəniyyət və turizim şöbəsinin müdiri Ilham Manafov son vaxtlar Abşeronda həyata keçirilən quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək bildirdi ki, rayon icra hakimiyyəti tərəfindən digər sahələrdə olduğu kimi, bədii yaradıcılığa, şair və yazıçılara, xüsusilə də gənc yaradıcılara diqqət və qayğı artırılıb. Bildirildi ki, rayon icra hakimiyətinin başçısı cənab Zakir Fərəcovun dəstəyi ilə bir neçə gənc yazarın kitablarının işıq üzü görməsi təqdirəlayiqdir. Abşeron rayon Yazıçılar Birliyi də öz növbəsində bu istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutub.

Daha sonra çıxış edən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, yazıçı-şair, publisist, ictimai xadim Rəşad Məcidli qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə milli mədəni və mənəvi irsə yüksək qayğı göstərmiş, imzaladığı fərman və sərəncamlar xalqın mədəni və mənəvi yüksəlişinə xidmət etmişdir. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı 5 Dövlət Proqramı və 500-dən çox fərman və sərəncam imzalamışdır. Mədəniyyət infrastrukturunun müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilmişdir
Mədəniyyət və incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti və zəhməti qiymətləndirilmiş, yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəsam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət və elmimizin inkişafına, istedadını və ömrünü xalqına həsr edən görkəmli sənətçi və elm adamlarına xüsusi təqaüd və mükafatlar verilmişdir.

Sonra çıxış edən Fəlsəfə elimləri doktoru ,yazıçı-publisist ,millət vəkili Elmira xanım Axundova qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin elm və sənət sahələrinə, o cümlədən çoxəsrlik ədəbiyyatımıza, mədəniyyət və incəsənətimizə aid nəzəri-estetik görüşləri fundamental elmi-tədqiqat əsərləri üçün zəngin material verir. Heydər Əliyev peşəkar teatrşünas idi, peşəkar kinoşünas idi, peşəkar rəssam idi, peşəkar musiqiçi idi, peşəkar dilçi-natiq idi, peşəkar yazıçı, tənqidçi idi. O, mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfi kontekstindən yanaşmışdır. Heydər Əliyevin Azərbaycan naminə gördüyü titanik fəaliyyəti barədə cild-cild kitablar yazılıb və zaman keçdikcə bu cildlərin sayı və sanbalı da artacaq.

Tədbirin sonunda natiqlər çıxış edərək vurğuladılar ki, Xalqımızın dəyərli ənənələrini qoruyub inkişaf etdirmək məqsədilə «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramı təsdiq edilmişdir. Proqramma uyğun olaraq təhlil aparılmış, Gəncə (2010), Şabran (2011), Gədəbəy (2012), Xaçmaz (2013) «Azərbaycanın Əfsanələr Paytaxtı», Şəki (2010), İsmayıllı (2011), Quba (2012), Göygöl (2013) «Sənətkarlıq paytaxtı», Qazax (2010), Lənkəran (2011), Masallı (2012), Zaqatala (2013) «Folklor paytaxtı», 2014-cü il üçün Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı", Balakən"Azərbaycanın folklor paytaxtı" və Abşeron "Azərbaycanın sənətkarlıq paytaxtı" seçilmişdir. Paytaxt seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmiş və ilin sonuna qədər bu tədbirlər davam etiriləcəkdir.

Baş redaktor: Şamo Əliyev


Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
Abşeronda tanınmış rəssam və şairlərlə görüş keçirildi.
XƏBƏR LENTİ
Dünən, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb