Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Tarix:22-10-2014, 15:57

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Komissiyanın iclasında əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxıldı. Ölkəmizdə yerli özünüidarəetmə institutlarının mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazandıqlarını, cəmiyyət həyatındakı rolunun ilbəil daha da artdığını vurğulayan MSK sədri bildirdi ki, bələdiyyələrin səlahiyyət müddəti bu ilin sonlarında başa çatır. Buna görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.
Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul olundu.
Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edildi.
Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxıldı. MSK-nın qərarı ilə Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradıldı. Dairə seçki komissiyaları nəzdində qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edildi.
İclasda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində namizədin qeydə alınması məsələsinə MSK-da yenidən baxılması ehtimalı və zərurəti nəzərə alınaraq, təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olundu.
Komissiyanın iclasında cari məsələlərə də baxıldı.
İclasda bəzi beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib