Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
21-05-2019, 17:24 Oxunub: 373

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər,Abşeron,Siyəzən və Xızı rayon təhsil şöbələrinin,məktəb direktorlarının iştirakı ilə ”Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri “ mövzusunda regional konfrans keçirilib. Müşavirədə 4 rayonun tədris, təlim və tərbiyə sahəsində gördüyü işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilib.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, tam orta təhsilin təmayülləşdirilməsi, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində pilot layihə və müsabiqələrin təşkili, məktəb-valideyn, məktəb-ali məktəb əlaqələrinin möhkəmləndirilməsi, yerli təhsil orqanları və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlərin aparılması, ölkədaxili fənn olimpiadaları sisteminin yenidənqurulması sayəsində uğurların yüksəlməsi, dünya fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında şagirdlərimizin davamlı olaraq mükafata layiq yerlər tutması, beynəlxalq qiymətləndirmələrdə müsbət göstəricilərin ilbəil artması, yaradıcı fəaliyyətin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübələrin üzə çıxarılmasına xidmət edən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin, həmçinin pedaqoji mühazirələrin keçirilməsi, eləcə də 2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin keyfiyyətinin daim diqqətdə saxlanmasının real nümunəsidir.

Sonra 2018-2019-cu tədris ili ərzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şamo Əliyev

XƏBƏR LENTİ
Dünən, 13:40 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi22-06-2019, 14:04 | Abşeronlu gənclər “N” saylı hərbi hissədə “ Açıq qapı” günündə iştirak ediblər22-06-2019, 13:12 | Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib21-06-2019, 16:37 | İradə Gülməmmədovanın Mehdiabad qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib21-06-2019, 15:21 | Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır21-06-2019, 15:20 | Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır21-06-2019, 15:18 | Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək21-06-2019, 12:03 | Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?21-06-2019, 12:01 | Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI21-06-2019, 11:59 | Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz21-06-2019, 11:53 | Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ21-06-2019, 11:52 | Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib21-06-2019, 11:50 | "Prezident sosial islahatları dərinləşdirir"21-06-2019, 11:48 | Minskdə 2-ci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib20-06-2019, 22:36 | Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub20-06-2019, 18:49 | Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:48 | M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:47 | M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:46 | “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı20-06-2019, 18:44 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:43 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:41 | R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı