Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda yenidənqurma və abadlıq işləri aparılır. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən , rayonun daxili imkanları hesabına “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna aparan bütün yolların ətrafı abadlaşdırılır.
Beləki, Mehdiabad-Digah-Məmmədli yolununun sağ və sol hissəsi hasarlanır, suvanır, səliqəylə rənglənir, mövcud hasarların hündürlüyü artırılır, divarlar çay daşları ilə bəzədilir, yolun ətrafları alaq otlarından təmizlənir və eləcə də ümumi iməclik işləri görülür.
Şamo Əliyev