Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Məmmədli - açıq səma altında muzey

Tarix:2-11-2014, 18:02

 Məmmədli - açıq səma altında muzey

Məmmədli kəndi Abşeron rayonunun şərq hissəsində yerləşir,Ərazisi 3541 kv.km dir.Əhalinin məşxulluğu maldarlıq və əkinçilikdir.Kənddə 15.167 nəfər əhali yaşayır.Ondan: qeydiyyatda olan əhalinin sayi 6.247 nəfər, qeydiyyatsız əhalinin sayı 8.920 nəfərdir.Məcburi köçkünlər 477 nəfərdir.Ərazidə 2013 cü ildə tikilb istifadəyə verilmiş 1 tam orta məkəb,1 altı qurupluq 2014 cü ildə yeni tikilmiş uşaq bağçası,1 həkim məntəqəsi, 1 poçt, 1 ATS qovşağı, 1 klub və Abşeron kəndlərinə
xas olan dini və milli adət-ənənələrə uyğun olraq,əhali tərəfindən qorunub saxlanılan məscid var.Qarabağ müharibəsində kənddə 30 nəfərə yaxın gənc döyüşlərdə iştirak etmiş və onlardan 4 nəfəri şəhid olmuşdur.Həmin şəhidlərin adını əbədiləşdirmək məqsədi ilə onların yaşadığı kücələrə adları verilmişdir.Qeyd edim ki,bu il Məmmədli tam orta məktəbin 19 şagirdi ali məktəbə sənəd vermiş və hamısı ali təhsil oçaqlarına qəbul olmuşlar ki,buda 100% göstərici demekdir
Aşeronun ayrıca inzibati rayon kimi təşkil olunduğu ildən 2005 ci ilə kimi Məmmədli kəndində nə bir sosial obiyekt inşa olunmuşdu,nə də kəndin abadlaşdırılmasına təşəbbüst göstərilmişdir.Hələ bu azmış kimi “perspektivsiz yaşayış məntəqəsi” salınıb burda fərdi ev tikintisidə yasaq olunmuşdur.Lakin rayon rəhbəri cox hörmətli cənab Zakir Fərəcovun təşəbbüsü və rəhbərliyi ilə aparılan uğurlu aqrar islahat öz müsbət bəhrəsini verdi.Hazırda 10 hektar torpaq sahəsini əhatdə edən yüksək səviyyəli,müasir tələblərə cavab verən 2 maldarlıq kompleksi,3 tikinti şirkəti,5 quşçuluq fabriki,şüşə zavodu ,şirniyat fabriki,kənd təsərrüfatı məhsullarını saxlamaq üçün yüksək səviyyəli 4 ədəd saxlama kameraları fəaliyyət göstərir.
Təəssüf ki,2005-ci ilədək rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi,Məmmədli kəndində də abadlıq-quruculuq işlərində durğunluq davam edirdi.Cənab Zakir Fərəcovun Abşeron rayonuna başçı təyin edilməsilə Məmmədli kəndində də durğunluq buzu əriməyə başladı.



İnanclar məskəni

Məhəmmədi insanı heyrətləndirən abidələrlə zəngindir

Məhəmmədi kəndi Abşeronun yeni kəndlərindən sayılsa da, qəsəbənin yerləşdiyi ərazi haqqında tarixi məlumatlar mövcuddur. Bizim eradan əvvəl yaşamış tarixin atası sayılan Herodot Azərbaycanda olarkən "Yanardağ"da olmuş, onun yaxınlığında yaşayış məskəni olduğunu qeyd etmiş, həmin məskənin adını "Qurd yuvası" və "Kirməkin" kimi göstərmişdi.
Söylənilənlərə görə, 1112-ci ildə monqol işğalı zamanı kənd camaatı Azərbaycanın cənub bölgələrinə gedərək orada Məhəmmədi, Şahsevənli, Qaradağlı, Qasımxanlı adlı kəndlərdə məskunlaşıblar.Kəndin Muğanlı tayfasının Məhəmmədli tirəsinin adı ilə bağlılığı fikirləri də mövcuddur. Məhəmmədi sözü yerli əhali arasında sadələşdirilib. Bir zamanlar deyərdilər ki, Məhəmmədini başqa Abşeron kəndlərindən fərqləndirən xüsusiyyətlərindən biri də onun coğrafi mövqeyidir. O dövrlərdə qəsəbələr bir-birinə yaxın olduğu halda bu kəndin dörd tərəfi əkin sahələri ilə əhatəli olub. İndi isə... İndi isə ikimərtəbəli evlər, fermalar, yeni salınmış şəhərcik - kiçik evlər kəndi əhatə edir.

"Yanardağ" - atəşpərəstlərin inanc yeri

Hələ qədim dövrlərdə tarixi şəxsiyyətləri heyrətləndirən "Yanardağ" qəsəbənin qərbində yerləşir. Məhz bu dağların varlığına görə hələ qədim dövrlərdən Azərbaycan "odlar yurdu" adlandırılıb. Qoruğun direktoru bildirir ki, hələ qədim dövrlərdə "Yanardağ"ın əks istiqamətində yanan üç təpə olub. Tədqiqatçıların fikrincə, Bakının rəmzi üç alov dili və dəniz simvolu da "Yanardağ"ın mövcudluğuna istinadən seçilib. Araşdırmalar nəticəsində abidənin ərazisində qədim qəbiristanlıq və üç tərəfdən alov izləri aşkar olunub. Qeyd edək ki, islam dinindən əvvəl "Yanardağ" yerli və gəlmə atəşpərəstlərin inanc yeri olub. İndi də bu abidəyə "pir", "ocaq" kimi dəyər verənlər çoxdur. Əsasən də xarici ölkələrdən gələn atəşpərəstlər bura dini ocaq kimi baxırlar. Bu tarixi abidə ilə əlaqədar bir çox əfsanə və rəvayətlər mövcuddur.

"Qotur su" neçə-neçə xəstəyə şəfa verib

"Yanardağ"ın arxa tərəfində yerin altından kiçik vulkan püskürür və ətrafa palçıq qarışıq su səpir. Yerli əhalinin sözlərinə görə, "Qotur su" adlanan həmin su müalicəvi xüsusiyyət daşıyır. Bu su dəri xəstəlikləri üçün çox böyük müalicəvi əhəmiyyətə malikdir. "Yanardağ"ın digər maraqlı bir yeri isə dağın ən yüksək zirvəsində yerləşən "Qurd yuvası" adlanan mağaradır (bu yerə "qurd qapısı", "qurd keçidi" də deyirlər). Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib. Amma mağaranın içində olan naxışlar burada nə vaxtsa insanların da yaşadığının nümunəsidir.
Dağın yuxarı hissəsinin hündürlüyü 116 metrə çatır və bu, Abşeronda ən hündür yer hesab edilir. Qafqaz sıra dağlarının son zirvələrindən biri olan "Yanardağ" dəniz səviyyəsindən 86 m hündürlükdədir. Dağın alovunun hündürlüyü bəzən 10 metrə qədər qalxır. "Yanardağ"ın alovu ən çox qış aylarında daha güclü olur.
Qeyd edək ki, 2007-ci ildə prezidentin sərəncamına əsasən "Yanardağ" qorunan abidələr sırasına daxil edilib və qoruq elan olunub. Həmin il qoruğa 64,55 hektar ərazi ayrılıb. Abidə qoruq elan edildikdən sonra Almaniya, İngiltərə, Yaponiya, Koreya, Norveç, İsveç, Hindistan, Pakistan və digər ölkələrdən gələn turistlərin böyük marağına səbəb olub.
Prezidentin sərəncamına əsasən burada bəzi inzibati işlər görülüb və qoruğa verilən ərazi müəyyənləşdirilib. Qeyd edək ki, bu qoruq tarixi mədəniyyət və təbiət qoruğu olaraq hər iki funksiyanı özündə birləşdirdiyi üçün yeganə qoruqdur və dövlət tərəfindən qorunur. Aidiyyatı qurumlar tərəfindən qoruğun plan sxeminə uyğun ərazisi müəyyən edilib. Bundan əlavə qəsəbədə iki məscid və orta əsrlərə aid olan iki qəbiristanlıq da qoruğun ərazisinə aid edilib. Qoruq artıq beynəlxalq turizm marşrutuna daxil edilib və Mədəniyyət və Turizm Nazirliyinin saytında qoruq haqqında məlumatlar yerləşdirilib.
Qoruğa ayrılan 64,55 hektar ərazinin 54 hektarı Abşeron rayon Məhəmmədi Bələdiyyəsinin ərazisinə, 10 hektarı isə Bakı Şəhər Sabunçu rayonunun ərazisindədir. .
Dağın yanan hissəsinə "qirməki" vadisi daxildir ki, bu da "qır məkanı" deməkdir. Belə ki, deyilənlərə görə, bir zamanlar burada qır təbii yolla yer səthindən çıxırmış.
Qeyd edək ki, qədim səyyahlar Abşeronda belə yanan təpələrin, dağların olduğunu qeyd ediblər. Amma onların bir çoxları artıq sönüb. Məhəmmədi kəndində üç yanan dağ olsa da, zaman keçdikcə onlar sönüb və yeganə olaraq bu dağ qalıb.

Daşın dəyəri

Qəsəbədə "Əli daşı" adı ilə tanınan müqəddəs bir pir də yerləşir. Malik Fətullayevin sözlərinə görə, ilk imamımız Həzrəti Əli Bakıdan keçərkən bir neçə qəsəbədə - Buzovnada, Məhəmmədidə izlər qoyub. İndi sakinlər həmin əraziləri müqəddəs pir, inanc yerləri kimi dəyərləndirirlər. "Əli daşı"nın da özünəməxsus maraqlı bir hekayəti var. Rəvayətə görə, Həzrəti Əli həmin ərazidə çörək yeyib. Həmişə hər bir əşyaya dəyər verən imamdan soruşurlar ki, "ya İmam, buyurursan ki, hər bir şeyin bu dünyada dəyəri var, bəs bu daşın dəyəri nədir, varmı"? Bu sualı eşidən imam əli ilə daşı yarı bölür. Daşın içindən taxıl tökülür. "Budur dəyəri", - deyir imam. Həmin vaxtdan "Əli daşı" adını verir sakinlər bu yerə. İndi də Məhəmmədi camaatının inanc yeridir bura.

Baş redaktor: Şamo Əliyev

 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey
 Məmmədli - açıq səma altında muzey

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib