Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
19-06-2019, 17:15 Oxunub: 669

Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

Bu gün Xırdalan şəhərində səhiyyə işçilərinin peşə bayramı qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində baş tutan bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mərkəzi Xəstəxananın baş həkimi Mehriban Qaralova və rayonun tibb ocaqlarının həkim kollektivləri iştirak ediblər.

İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra səhiyyə işçiləri Heydər Əliyev Mərkəzini ziyarət edərək ümummili liderin həyat və fəaliyyətini əks etdirən stend və fotoşəkillərlə tanış olublar.

Abşeron rayonunda, eləcə də respublika ərazisində fəaliyyət göstərən səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edən İ.Gülməmmədova gələcəkdə bu cür bayramların Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda da qeyd edilməsini arzu edib. Rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışan başçı 20 il əvvəlki mənzərə ilə bugünki durumu müqayisə edib . O vaxtlar rayon ərazisində fəaliyyət göstərən tibb məntəqələrinin yararsız olduğunu qeyd edən İ.Gülməmmədova əlavə edib ki, son 10 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib. O, bildirib ki, hazırda Abşeron rayonunda 600 minə yaxın sakin yaşayır və onlara 1000-ə qədər həkim xidmət göstərir. Əhalidən rayon İcra aparatına səhiyyə sahəsi ilə bağlı şikayətin daxil olmadığını, hətta Bakı şəhər sakinlərinin Abşeron həkimlərinə müraciət etdiyini vurğulayan İ.Gülməmmədova yerli həkimlərin yüksək savada malik olduğunu bildirib.

Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova, Rayon Mərkəzi Xəstəxanasının həkimi Əminə İsmixanova, Mehdiabad qəsəbə tibb məntəqəsinin müdiri Qənitə İsmayılova, Novxanı kənd tibb məntəqəsinin müdiri Risalə Həsənova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektor əvəzi Müslimə Cəfərova və Rayon Prokuroru Rahib Seyidov çıxış edərək Abşeron səhiyyəsinin tarixindən və bugünki nailiyyətlərdən danışıblar.

Bundan sonra bir qrup səhiyyə işçisi Abşeron rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

Sonda Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyübə Hüseynova anadan olmasının 60 illiyi münasibəti ilə rayon icra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.

Şamo Əliyev

XƏBƏR LENTİ
Bu gün, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiBu gün, 12:15 | Nazir əmr imzaladıBu gün, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibBu gün, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərBu gün, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurBu gün, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıBu gün, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıbBu gün, 09:53 | Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilibDünən, 15:49 | Diqqət! Allüminium qablar intellekti və ürəyi zəiflədirDünən, 15:46 | Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənibDünən, 15:45 | Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığı dəyərləndiribDünən, 14:45 | Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYADünən, 14:43 | Azərbaycan millisi Türkiyədə üçüncü olduDünən, 14:42 | Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaqDünən, 12:26 | Neçə saat yatmalıyıq?Dünən, 12:25 | Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinDünən, 12:24 | Arıqlamaq üçün zəncəfil çayı içinDünən, 12:22 | Göz allergiyası yay mösümünün ən geniş yayılmış xəstəliklərindən sayılırDünən, 12:18 | Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətDünən, 12:09 | Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibDünən, 10:15 | İdmançılara ispanaq yemək olmaz!Dünən, 10:15 | Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb