Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
1-07-2019, 13:39 Oxunub: 397

Abşeronlu çağırışçılar hərbi xidmətə yola salındılar

Abşeronlu çağırışçılar hərbi xidmətə yola salındılar

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2019-cu il iyulun 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və valideynlər iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb.

Daha sonra valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri çıxış edərək hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyiblər.

Gənclər də, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.

Şamo Əliyev

XƏBƏR LENTİ
Bu gün, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiBu gün, 12:15 | Nazir əmr imzaladıBu gün, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibBu gün, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərBu gün, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurBu gün, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıBu gün, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıbBu gün, 09:53 | Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilibDünən, 15:49 | Diqqət! Allüminium qablar intellekti və ürəyi zəiflədirDünən, 15:46 | Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənibDünən, 15:45 | Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığı dəyərləndiribDünən, 14:45 | Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYADünən, 14:43 | Azərbaycan millisi Türkiyədə üçüncü olduDünən, 14:42 | Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaqDünən, 12:26 | Neçə saat yatmalıyıq?Dünən, 12:25 | Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinDünən, 12:24 | Arıqlamaq üçün zəncəfil çayı içinDünən, 12:22 | Göz allergiyası yay mösümünün ən geniş yayılmış xəstəliklərindən sayılırDünən, 12:18 | Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətDünən, 12:09 | Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibDünən, 10:15 | İdmançılara ispanaq yemək olmaz!Dünən, 10:15 | Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb