Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.

Tarix:21-11-2014, 02:25

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.

Noyabrın 20-də Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Gənclər Birliyinin fəal gənclərinin iştirakı ilə partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoydular.Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının yaranmasından bəhs edən sənədli film nümayiş olundu.
Tədbirin rəsmi hissəsi Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirildi.

Tədbiri YAP Abşeron rayon Gənclər Birliyinin sədri Elgün Hümbətov açaraq ilk öncə qonaqları salamlamış və Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki rolundan və Azərbaycan gəncliyinə Ulu Öndər Heydər Əliyevin sonsuz diqqət və qayğısından Yeni Azərbaycan Partiyasının yaranmasının o dövr ki, zaman üçün vacibliyindən danışdı.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın keçdiyi inkişaf yolundan danışaraq bildirib ki, YAP-ın yaranması Azərbaycanın ən çətin siyasi dönəminə təsadüf edib. O vaxt ölkənin ən mütərəqqi ideyalara malik olan ziyalıları ulu öndər Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdilər. Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı xalqımızın uğurlu gələcəyinin başlanğıcını qoydu.

YAP Abşeron rayon Gənclər Birliyinin fəalı,rayon icra hakimiyyətinin işçisi Elvin Zalov partiyanın yaradılmasının Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə hər gün yeni nailiyyətlərə doğru addım atır.

YAP Abşeron rayon təşkilatının fəalı,Milli Mənəviyyat Birliyinin sədri Vəli Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirdi.

Daha sonra Şəhid,Əlil və Vetrenlar Birliyi Abşeron rayon şöbəsinin sədri Məhərrəm Şahsuvarov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi bir zərurət olduğunu, ümummilli məsələlərin həllində yaxından iştirakından danışdı.. Bildirildi ki, görkəmli dövlət xadimi, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətini canlandırması oldu.

YAP Abşeron rayonu təşkilatı Gənclər Birliyinin fəalları Çingiz İsmayılov,Rəşad Baxşəliyev və İlkin Rüstəmov Yeni Azərbaycan Pariyasının gənclərin həyatında, onların inkişafındakı rolundan danışdılar. Onlar gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Abşeron rayonunda uğurla həyata keçirildiyini vurğuladılar. Onlar gənclərin fikri və təkliflərinə daim müsbət yanaşılmasının gənclərin inkişafında mühüm rol oynadığını qeyd etdilər.

YAP Abşeron rayon Gənclər Birliyinin sədri Elgün Hümbətov tədbirin sonunda partiyanın fəaliyyətində gənclərin də mühüm rol oynadıqlarını söyləyib, bunun ölkə gəncliyinin gələcək inkişafı baxımından vacib olduğunu bildirib.

Baş redaktor: Şamo Əliyev


Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Abşeronda silsilə tədbirlər keçirilir.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir