Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi

Tarix:21-11-2014, 16:43

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Qəbul cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 21-də Xırdalan şəhərindəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Abşeron, Sumqayıt və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciətlərini, təklif və xahişlərini dinlədi.

Komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar əsasən, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakları üzərində hüquqların dövlət qeydiyyatı, müvafiq qurumlar tərəfindən ayrılmış və ya alğı-satqı ilə əldə etdikləri torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı müraciətlər etdilər.

Qəbulda, həmçinin vətəndaşların yaşadıqları fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar müraciətlər də səsləndirildi. Müraciətlərin bir qismi dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı oldu. Vətəndaşlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə, istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciətlərini çatdırdılar. Qəbula gələnlər komitə sədrindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi yardımın göstərilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etdilər.

Komitə sədri qəbulda iştirak edən vətəndaşları narahat edən məsələləri diqqətlə dinlədi, bu müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.

Qəbulda, həmçinin vətəndaşlara Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən şəffaf və rahat xidmətlər, fəaliyyətdə tətbiq edilən yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin özəlləşdirilməsi məqsədilə keçirilən hərraclarda elektron xidmətlər uğurla tətbiq edilir. Vətəndaşlar hərraclarda iştirak üçün sifarişlərini elektron qaydada verə bilirlər.

Diqqətə çatdırıldı ki, dövlət əmlakının özəlləşdirilməsi ilə yanaşı, dövlət reyestrindən çıxarışların, texniki sənədlərin və digər zəruri məlumatların verilməsi, ipoteka, lizinq, servitut və uzufrukt əməliyyatlarının qeydiyyatı və ləğvi ilə bağlı ümumilikdə 28 elektron xidmət hazırda vətəndaşların istifadəsindədir.

Qəbulda iştirak edən vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.

Baş redaktor: Şamo Əliyev

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalan şəhərində vətəndaşları qəbul etdi

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib