Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub

Tarix:2-08-2019, 12:43

Xırdalan şəhərinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub

Bu gün Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Abşeron rayonunun ərazi hissələrinin müfəssəl planlarının hazırlanması” layihəsi üzrə Xırdalan şəhərinin 35,26 ha ərazisinin müfəssəl planı ictimaiyyətin müzakirəsinə təqdim olunub.

Toplantıda Abşeron RİHB-nın müavini Fuad Cəbrayılov, rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev, “Geoproject” MMC-nin direktoru İlkin Əliyev, layihənin baş memarı Yeganə Hacıyeva, Bakı Mühəndislik Universitetinin memarlıq və İnşaat kafedrasının müdiri Sabir Orucov, ağsaqqallar, gənclər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində şəhərin baş planı, mövcud vəziyyətini əks etdirən və yeni hazırlanmış müfəssəl planının sxemi ilə tanış olublar.

Müfəssəl planın Abşeron RİH-nin sifarişi ilə “Geoproject” MMC tərəfindən hazırlandığını qeyd edən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev bildirib ki, müfəssəl planın hazırlanması üçün ayrılmış 35.26 ha ərazi Xırdalan şəhərinin Baş planında tikintisi birinci növbədə həyata keçirilən ərazi kimi nəzərdə tutulub. Baş plana görə, seçilmiş ərazidə 9-16 mərtəbəli yaşayış evlərinin tikintisi planlaşdırılıb.

Sxemlə bağlı ictimaiyyətə ətraflı məlumat verən Y. Hacıyeva vurğulayıb ki, “Abşeron rayonunun ərazi hissələrinin müfəssəl planlarının hazırlanması” layihəsi üzrə seçilmiş 35,26 ha ərazi Xırdalan şəhərinin mərkəzi hissəsində yerləşir. Ayrılmış ərazi şimal, şimal - şərqdən Heydər Əliyev prospekti ilə, şimal və şimal-qərbdən Mehdi Hüseyn küçəsi ilə, cənub-şərqdən məhəllə daxili yol ilə, cənubdan isə Bakı-Tbilisi dəmiryolunun sanitar-mühafizə zonası ilə həmsərhəddir. Layihənin istinad ili -2018-ci il, layihənin 1-ci növbəsi – 2025-ci il, layihənin hesabat dövrü -2038-ci il qəbul edilmişdir.

Layihənin baş memarı qeyd edib ki, Ümumilikdə layihələndirilən ərazidə mövcud çoxmərtəbəli və çoxmənzilli yaşayış binlarının ümumi tikinti altı sahəsi 23618 m2 - dir. Binalarda mərtəbələr üzrə ümumi sahəsinin cəmi 223642 m2-dir, yaşayış sahəsi 135949,90 m2, qeyri-yaşayı sahəsi isə 15346,50 – m2-dir. 2018-ci ildə təsdiq olunmuş şəhərsalma əsaslandırılmasına əsasən sözü gedən ərazi üçün üzrə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının tikinti altı sahəsinin cəmi 4950 m2, yerüstü mərtəbələr üzrə ümumi sahəsinin cəmi 75900 m2, ümumi yaşayış sahəsi isə 54965,40 m2 olmaqla, bir nəfər üçün yaşayış sahəsi 25 m2 hesabı ilə əhalinin sayı 2199 nəfər hesablanmışdır.

Bildirilib ki, “Geoproject” MMC tərəfindən layihələndiriləcək ərazidə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının tikinti altı sahəsinin cəmi 9015,92m2, yerüstü mərtəbələr üzrə ümumi sahəsinin cəmi 279 956 m2, yaşayış sahəsi isə 195 969m2 olmaqla, bir nəfər üçün yaşayış sahəsi 25 m2 hesabı ilə əhalinin sayı 7838 nəfər qəbul edilmişdir. Beləliklə, ərazidə mövcud olan müxtəlif ölçülü həyətyanı torpaq sahələri olan 98 ədəd fərdi yaşayış evlərinin hesabat dövrünə söküntüsünü nəzərə alaraq, orada 412 nəfər qəbul edilmiş əhalini yeni tikiləcək binalrda yerləşdirilməsini nəzərə alaraq hesabat dövrünə əhali sayı 15475 nəfər təşkil edəcəkdir. Layihələndirilən ərazidə ümumi torpaq sahəsi 0,23 ha ərazidə tikinti sahəsi 1350 m2 olan müddətli xidmət obyektli (ticarət mərkəzi, stasionar tibbi xidmət müəssisəsi, aptek), ümumi torpaq sahəsi 0,46 ha ərazidə tikinti sahəsi 1410 m2 olan gündəlik tələbatlı xidmət obyektləri (ərzaq, mədəni-məişət, və s.) planlaşdırılmışdır. Proqnozlaşdırılan əhali sayını nəzərdə alaraq ümumi şağrid yeri 2800 olmaqla 2 ədəd ümumtəhsil müəssisəsi və ümumi 1240 yerlik olmaqla 3 ədəd məktəbəqqədər təhsil müəssisəsi layihələndirilmişdir.

Vurğulanıb ki, layihələndirilən ərazidə yaşıllaşdırma üzrə bölgüyə əsasən ümumi istifadə olunan yaşıllıq ərazilər 7,79 ha, məhəllə daxili yaşıllıq ərazilər 4,60 ha-dır. Hərəkəti tənzimlənən layihələndirilən yolların qırmızı xətt daxilində eni 15 m-dir, uzunluğu 6,19 km-dir, hərəkət zolağının eni 3,5 m, hərəkət zolaqlarının sayı 2 ədəd, səkilərin piyada hissəsinin eni 2 m-dir. Ərazidə 5 ədəd movcud və 5 ədəd layihələndirilən ictimai nəqliyyatın fəaliyyəti üçün dayanacaqlar nəzərdə tutulmuşdur. İsti iqlim şəraiti nəzərə alınaraq bu dayanacaqların xidmət radiusları 200-400m qəbul edilmişdir. Yol hərəkətinin təhlükəsizliyini təmin edilməsi məqsədilə, piyadaların hərəkətinin intensiv olduğu küçə və yol sahələrində ərazi və şərait baxımından optimal hesab edilən 10 piyada keçid zolağı nəzərdə tutulmuşdur. Panduslar (16 ədəd), əsasən, piyada zolaqlarının qarşısında qoyulması təklif olunur. Layihədə fərdi minik avtomobillərin sayı 3869 ədəd (1000 nəfər üçün - 250 ədəd) qəbul edilmişdir.

Tədbirin sonunda Geoproject” MMC-nin direktoru İ. Əliyev ictimaiyyət nümayəndələrinin və şəhər sakinlərinin çoxsaylı suallarını cavablandırıb.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib