Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
20-08-2019, 16:07 Oxunub: 535

İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO

İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO

Son dörd ildir ki, Abşeron rayonunda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, gündən-günə əldə edilən yeniliklərlə yanaşı vətəndaş amili də ön planda tutulur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd və qəsəbə sakinləri ilə keçirdiyi səyyar görüşlər bunu söyləməyə əsas verir.

Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış həmin səyyar görüşlərdə icra başçısı sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır.

Bu gün icra başçısının növbəti səyyar görüşü Xırdalan şəhərində şəhid ailələri, müharibə veteranları və əlilləri üçün inşa edilmiş binada yaşayan sakinlər ilə keçirilib. Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, RİHB aparatının məsul şəxslərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin, bina sakinlərinin iştirak etdiyi görüşdə rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, bir sözlə, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb. Sadə vətəndaşları narahat edən qayğılarla maraqlanılıb.

Şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində keçirilən görüşdə çıxış edən İ.Gülməmmədova bina sakinlərini salamlayıb, keçirilən bugünkü görüşün əhəmiyyətindən danışıb.

Rayon rəhbəri bildirib ki, hər kəsə yaxşı məlumdur ki, bu cür səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Çünki fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam.

"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Abşeron rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb.

İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına ölkəmizin hər yerində, o cümlədən, Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş inkişaf, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, aztəminatlı ailələrə, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə göstərilən qayğıdan da danışıb. Xanım başçı qeyd edib ki, şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların çətinlik və problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər birimizin borcudur. Dövlət başçımızın bu yöndə fəaliyyəti bizim üçün nümunə olmalıdır.

Daha sonra çıxış edən şəhid ailəsi üzvləri və Qarabağ əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirib, rayonunun inkişafı, sosial və digər məsələlər barədə təklif və arzularını bildiriblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

XƏBƏR LENTİ
Dünən, 15:30 | Abşeronda gənclər təmizlik aksiyası keçirib14-09-2019, 18:17 | Abşeronda “Koreya səfiri kuboku” turniri keçirilib13-09-2019, 17:56 | İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü13-09-2019, 15:49 | Qanazlığı olan uşaqlara bunları yedizdirin - PEDİATR SADALAYIR13-09-2019, 15:47 | Abşeronlu toxucular: Bizə göstərilən diqqət və qayğıya görə, Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır13-09-2019, 12:53 | Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - “NASA Space Apps Challenge” keçiriləcək13-09-2019, 12:53 | Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib13-09-2019, 12:50 | Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib13-09-2019, 11:59 | Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb13-09-2019, 10:46 | Zəhərlənmisinizsə qatıq içməyin! Ziyanı13-09-2019, 10:45 | Qaraciyəri təmizləyən və işini yaxşılaşdıran MƏHSULLAR13-09-2019, 10:44 | Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək12-09-2019, 15:22 | Nazir: Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır12-09-2019, 15:19 | Prezident İlham Əliyev AŞPA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib12-09-2019, 12:31 | Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər12-09-2019, 12:26 | DSX-nın yeni idman kompleksi istifadəyə verilib12-09-2019, 12:22 | Heydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə12-09-2019, 12:18 | Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb12-09-2019, 12:15 | Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub12-09-2019, 09:44 | Təzə pomidor şirəsi içməyin 10 faydası12-09-2019, 09:42 | “Bluetooth 5.1” standartlı ilk çipin imkanları məlum olub12-09-2019, 09:41 | “Android” sistemli “Philips E516” mobil telefonu təqdim edilib