Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
28-09-2019, 14:46 Oxunub: 433

Xırdalanda YAP Abşeron rayon təşkilatının gənc fəalları ilə görüş keçirilib

Xırdalanda YAP Abşeron rayon təşkilatının gənc fəalları ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Xırdalan şəhərində YAP Abşeron rayon təşkilatının gənc fəalları ilə görüşüb. Görüşdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iştirak ediblər.

Qonaqlar əvvəlcə Abşeron rayonu Xırdalan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən ibarət "Ambutant" futbol klubunun üzvləri ilə görüşündə Ə.Əhmədov Azərbaycan dövlətinin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs edib və onların daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib. Öz növbəsində Qarabağ müharibəsi əlilləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Daha sonra "Ambutant" futbol klubunun uğurları haqqında məlumat verilib.

Gənclərlə keçirilən görüşü açan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon haqqında ətraflı məlumat verib. Qeyri-rəsmi hesablamara görə Abşeronda 500 mindən çox sakinin yaşadığını vurğulayan başçı rayonun 15 kənd və qəsəbədən ibarət olduğunu qeyd edib. Bildirib ki, Abşeron həm kənd təsərrüfatı, həm də sənaye rayonu olaraq durmadan inkişaf edir. O, gənclərin rayonun ictimai-siyasi həyatında, eləcə də quruculuq işlərində yaxından iştirak etdiyini əlavə edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir. O söyləyib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Baş nazirin müavini deyib: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə Azərbaycanın gələcəyinin parlaq olduğunu bildirib. Çünki ölkəmizdə sağlam, vətənpərvər, intelektual gənc nəsl formalaşıb. O, son illər gənclərin elm sahəsinə marağının artmasını da yüksək qiymətləndirib.

Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.

Daha sonra Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Ə.Əhmədov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın yerli strukturlarının işinin daha da gücləndirilməsi ilə əlaqədardır: "YAP 750 minə yaxın Azərbaycan vətəndaşını öz sıralarında birləşdirir. Bu əhəmiyyətli siyasi ordu kimi də səciyyələndirilə bilər. Bu sadəcə bir statistika deyil. Bu böyük bir güc və böyük bir iradədir. Eyni zamanda bu Azərbaycan vətəndaşlarının YAP-a, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətin ifadəsidir".

Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında fikirlərini bildirib. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.

Baş nazirin müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.

Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verilib.

XƏBƏR LENTİ
Dünən, 19:22 | Novxanı sakinlərinə şad xəbər - yeni kanalizasiya xətləri çəkilirDünən, 17:22 | 58 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcəkDünən, 16:54 | Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilibDünən, 14:27 | Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün14-10-2019, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb14-10-2019, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkib14-10-2019, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıb14-10-2019, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıb14-10-2019, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib