Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda siyahıyaalmada son durum: 6 gündə 306 024 nəfər qeydiyyata alınıb

Tarix:7-10-2019, 13:25

Abşeronda siyahıyaalmada son durum: 6 gündə 306 024 nəfər qeydiyyata alınıb


Prezident İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, oktyabrın 1-də startı verilən əhalinin növbəti siyahıyaalınması Abşeron rayonunda da uğurla davam etdirilir.

Artıq 7 gündür davam edən əhalinin siyahıyaalınması Abşeron rayonunun 1 şəhər, 8 qəsəbə və 7 kənd yaşayış məntəqəsində aparılır. Siyahıyaalmaya Ermənistanın işğalı nəticəsində öz doğma yurdundan didərgin düşərək rayon ərazisində məskunlaşmış məcburi köçkün soydaşlarımız da cəlb ediliblər.Siyahıyaalmaya cəlb edilən bütün işçilər təlimatlandırılıb, əhalini maarifləndirmək məqsədilə təşviqat işləri aparılıb, küçə və meydanlara baner və plakatlar quraşdırılıb, mətbuatda məqalə və materiallar dərc edilib.

Bu mühüm dövlət tədbirini yerinə yetirmək üçün rayonu üzrə 36 siyahıyaalma məntəqəsi yaradılıb. Bu məntəqələrdə 334 nəfər təlimatçı-nəzarətçi, 1704 nəfər sayıcı müəyyən olunub. Oktyabrın 1-dən başlayan əhalinin siyahıyaalınmasında rayon sakinləri fəal iştirak edirlər. Onlar sayıcıların təqdim etdikləri sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sualı cavablandıraraq vətəndaşlıq borclarını yerinə yetirirlər.

Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış siyahıyaalma vərəqəsi bütün ev təsərrüfatları, sorğu vərəqəsi isə hər bir rayon sakini üçün doldurulur. Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla hazırlanmış siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumat əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Qeyd edək ki, son 6 gündə ümüumilikdə rayon ərazisində əhalinin siyahıyaalınması zamanı 306 024 nəfər qeydiyyatdan keçib.

Şamo Əliyev

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib
Abşeron ümumtəhsil müəssisələrində imtahanqabağı silsilə tədbirlər keçirilib