Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
22-11-2019, 14:22 Oxunub: 449

Abşeronda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

Abşeronda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

Bu gün Abşeron rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.

Rayon Məhkəməsinin inzibati binasında baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak ediblər.

Ədliyyə və məhkəmə orqanlarının işçilərini peşə bayramı münasibətilə təbrik edən İ.Gülməmmədova Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bildirilib ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərində ölkəmizin əldə etdiyi müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük maraq doğurub. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Rayon Məhkəməsinin sədri Elçin Kazımov Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötdüyünü qeyd edib. Son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup ədliyyə orqanlarının əməkdaşları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edilib.

XƏBƏR LENTİ
Bu gün, 16:47 | Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edibBu gün, 15:43 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 13:16 | “Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirBu gün, 13:12 | Abşeron və İsmayıllı musiqi məktəblərinin dostluq əlaqələri genişlənirBu gün, 12:52 | Təhsil Nazirliyi: Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcəkDünən, 17:51 | Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu - FOTOLAR3-12-2019, 20:53 | Məhəmməd Həsənov doğum günündə təltif olundu3-12-2019, 08:28 | Komitə sədri Hicran Hüseynova Abşeronda vətəndaşları qəbul edəcək2-12-2019, 19:40 | Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edildi2-12-2019, 18:17 | İradə Gülməmmədova 100-ə yaxın vətəndaşın fərdi şəkildə qəbulunu keçirdi1-12-2019, 11:08 | Abşeron idmançısı ən gənc boksçu titulunun və Azərbaycan birinciliyinin sahibi oldu1-12-2019, 10:45 | Xırdalanın mərkəzi prospekti təmir olunacaq - ATV1-12-2019, 10:32 | Abşeronun 2 komandası “Xəmsə” milli intellektual oyununun qalibi oldu30-11-2019, 15:41 | İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidində ağsaqqallar və dindarlarla görüşdü29-11-2019, 15:02 | Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib29-11-2019, 13:26 | Abşeron musiqi məktəblərinin kollektivləri Gürcüstanda maraqlı konsert proqramı ilə çıxış ediblər28-11-2019, 16:48 | Görədil kəndində narkomaniyaya qarşı tədbir keçirilib28-11-2019, 16:21 | Minlərlə Abşeronlu sosial şəbəkələrdə cənab Prezidentə təşəkkür etdi28-11-2019, 15:05 | İradə Gülməmmədova növbəti dəfə Fatmayı sakinlərilə görüşdü27-11-2019, 17:38 | Prezidentdən Xırdalan sakinlərinə ŞAD XƏBƏR27-11-2019, 15:49 | Milli Amalçılarla görüşlərə start verildi26-11-2019, 17:00 | “Nə gözəldir barlı payız” adlı açıq məşğələ keçirilib