Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Tarix:23-11-2019, 19:11

Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur


Abşeron Telekommunikasiya Qovşağının xidməti ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulur. Bu ərazilərə Saray, Atyalı Nübar, Sulutəpə qəsəbələri, Novxanı bağları, Görədil, Məhəmmədli, Qobustan, Çaylı, Pirəküşkül, Aşağı və Yuxarı Güzdək kəndləri, Xocahəsən yaşayış massivi və digər yaşayış massivləri də daxildir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətədavamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.

Genişzolaqlı infrastrukturun yenidən qurulması və nəticədə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən planlı işlər ilkin mərhələdə bir neçə regionu əhatə edir. Hazırda Abşeron rayonu üzrə layihə çərçivəsində işlər artıq yekunlaşmaq üzrədir.

Qovşağın xidmət ərazisi üzrə 50 ədəd ONU (Çöl tipli Elektron ATS) avadanlığının qurulması üçün işlər başa çatdırılıb. Quraşdırılan avadanlıqların 80 faizi artıq istifadəyə verilib. GPON (Gigabit Passive Optical Network) layihəsinin həyata keçirilməsi üçün kabel-kanal qurğuları tikilir. Ümumilikdə, ONU və GPON layihəsi üçün 65 min metrə yaxın birləşdirici fiber-optik kabelləri çəkilib.

Uzaq məsafədə yerləşən paylayıcı şkaflardakı 13 minə yaxın abunəçiyə yeni quraşdırılan ONU avadanlığından xidmət göstəriləcək. Bu da öz növbəsində, internetin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olacaq.

Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərinin telefona olan tələbatı nəzərə alınaraq GPON layihəsi hazırlanıb. Layihə əsasında Mehdiabad qəsəbəsində yeni tikilmiş həyət evləri üçün optik paylayıcı şkaf quraşdırılaraq, 600 abunəlik daxili xətt şəbəkəsi üçün 8000 metrə yaxın müxtəlif tutumlu fiber-optik kabel çəkilib. Hazırda vətəndaşlara internet və telefon xidməti göstərilir.

İlk növbədə, xidmətə daha çox tələbat olan ərazilərdə yeni avadanlıqların quraşdırılması həyata keçirilir. Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində 1 ədəd OPŞ quraşdırılaraq “1 May yaşayış massivi”nə (həyət evlərinə) və çoxmərtəbəli yeni yaşayış binalarına daxili xətt şəbəkəsi tikilməklə 3000-ə yaxın mənzilə xidmət göstəriləcək.

Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib