Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xırdalan şəhərində Abşeron rayonundan olan vətəndaşları qəbul edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və komitə sədri Səfər Mehdiyev Xırdalan şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.