Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
9-12-2019, 11:06 Oxunub: 382

Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj

Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj


“Kənddən Şəhərə” həftəsonu yarmarkalarının keçirildiyi ünvanların sayı artmaqda davam edir. Artıq iki həftədir ki, ənənəvi ünvanlarla bərabər, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A ünvanında da yarmarka təşkil olunur. Bu yarmarkada da yerli fermerlər yetişdirdikləri məhsulları birbaşa alıcılara təqdim edirlər.

AZƏRTAC-ın müxbiri həm yarmarkadakı qiymətlərə nəzər yetirmək, həm də alıcılar və fermerlərlə həmsöhbət olmaq üçün yarmarkaya baş çəkib.

Yeni fəaliyyətə başlamasına baxmayaraq, yarmarka çeşid bolluğu ilə seçilirdi. Məhsulların qiymətlərinə nəzər yetirəndə isə hər sosial təbəqənin maddi vəziyyətinin nəzərə alındığını gördük. Həmsöhbət olduğumuz alıcılar da məhsulların qiymətindən razılıq etdilər. Yaxınlıqda yaşadığını deyən təqaüdçü Zemfira Cavadova yarmarkanın həm yerindən, həm də qiymətlərindən razılıqla danışır: “İki həftədir ki, qızımla bu yarmarkaya gəlirəm. Hər dəfə bazara gedib-gəlmək bizi yorurdu. Üstəlik burada qiymətlər də yaxşıdır. Bazara gedirsən, sən zənbilə 5 pomidor atmamış, satıcı 10 pomidor atır. Gəlib evdə baxırsan ki, çoxu xarab imiş. Burda elə şey yoxdur. Bütün aldıqlarımı da özüm seçmişəm. Bizə lazımdır ki, qiymət də, keyfiyyət də yaxşı olsun”.

Həmsöhbət olduğumuz digər bir alıcı isə Sabir Əhmədovdur. O, Sabirabad rayonundan oğlugilə qonaq gəldiyini və geri qayıdanda tanıdığı fermerlərə yarmarka barədə məlumat verəcəyini bildirir: “Üç gündür ki, oğlumgilə qonaq gəlmişəm. İndi nəvəmlə gəzməyə çıxmışdıq. Küçədə insanlardan yarmarka barədə eşidib gəldik. Qiymətlərə də, məhsullara da baxdım. Məncə çox sərfəlidir. Sabirabada dönəndə tanıdığım fermerlərə bu barədə danışacağam ki, öz məhsullarını yarmarkaya gətirsinlər”.

Yarmarkada imkan tapıb yerli fermerlərimizlə də həmsöhbət olduq. Qazax rayonunun Canəlli kəndindən üzüm məhsulu gətirən fermer Qalib Cəfərov ilk dəfədir yarmarkada iştirak edir: “Birinci dəfədir ki, “Kənddən Şəhərə” yarmarkasına gəlirəm. Satışa 1,4 ton üzüm məhsulu çıxarmışam. Satdığım üzüm “Mahmudu” sortundandır. Bu sortun üzümü daha dadlı olur. Digər yerlərdə bu üzümü baha qiymətə satırlar. Ancaq mən 1 kiloqramını 80 qəpiyə təklif edirəm. Ona görə də alıcılarım çoxdur. Həm mənə sərf edir, həm də alıcılara”.

Həmsöhbətimizə uğurlu bazar arzulayandan sonra ağartı məhsulları satılan piştaxtaya yaxınlaşdıq. Daşkəsən rayonunun Qabaqtəpə kəndindən gələn fermer məhsulların qiymətini müəyyənləşdirərkən hər kəsin büdcəsini fikirləşdiyini deyir: “Hamının maddi vəziyyətini fikirləşmək lazımdır ki, alıcılar çox olsun. Məncə qiymətlər münasibdir. Pendiri 5-6, qaymağı 6, motal pendiri 10, nehrə yağını 15, kənd toyuğunu 6, çərçivə balı 20, bəkməzi 5 manata satışa çıxarmışam. Keçən həftə müştərilərimdən bir neçəsi bu dəfə də gəlib alış-veriş etdilər. Yəqin məhsulum keyfiyyətli olmasa gəlməzdilər. Təşkilatçılara da təşəkkür edirəm ki, bizim üçün belə şərait yaradıblar”.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Yarmarkanın keçirilməsində əsas məqsəd sakinləri sağlam və münasib qiymətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, eyni zamanda, fermerləri dəstəkləyərək kənd təsərrüfatı sahəsini stimullaşdırmaqdır.

Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
Xırdalanda “Kənddən Şəhərə” yarmarkasından reportaj
XƏBƏR LENTİ
Bu gün, 12:10 | Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulurDünən, 14:56 | İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirdi25-01-2020, 15:45 | Nazir müavini Abşeronda vətəndaşları qəbul edib25-01-2020, 10:40 | İradə Gülməmmədova “Şahsevən” məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub25-01-2020, 09:10 | İradə Gülməmmədova Məmmədli kənd sakinləri ilə görüşdü23-01-2020, 16:09 | İradə Gülməmmədova kənd və qəsəbələrdə ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü23-01-2020, 15:12 | Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb21-01-2020, 16:45 | İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü21-01-2020, 16:34 | Mübariz Qurbanlı Abşeronda vətəndaşları qəbul edib20-01-2020, 12:59 | Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb19-01-2020, 23:02 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib19-01-2020, 18:17 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib19-01-2020, 14:35 | Körpə fidanlar şəhidləri yad etdilər18-01-2020, 12:24 | Abşeronda 20 Yanvar hadisələrində şəhid olan insanların ailələri və əlilləri ilə görüş keçirildi18-01-2020, 09:55 | Lənkəran musiqi məktəbi Xırdalanda konsert proqramı ilə çıxış edib17-01-2020, 16:53 | İradə Gülməmmədova Qobu qəsəbəsində növbəti qəbul keçirdi17-01-2020, 16:35 | Abşeronda 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsinə 147 ağac əkildi – FOTO16-01-2020, 19:39 | 20 Yanvar faciəsinin ildönümü Xırdalan şəhərində də silsilə tədbirlərlə qeyd olunur16-01-2020, 19:03 | Nazilə Məmmədova 55 illik yubileyi münasibəti ilə təltif olundu16-01-2020, 18:59 | Qobuda “Şəhidlik-əbədilik zirvəsidir” adlı tədbir keçirilib15-01-2020, 19:05 | Abşeronda “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı sərgi nümayiş olundu15-01-2020, 18:17 | Mehdiabadlı məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar