Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
11-12-2014, 21:29 Oxunub: 4664

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzi rayon sakinlərinin və qonaqların əsl ziyarətgahına çevrilib

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzi rayon sakinlərinin və qonaqların əsl ziyarətgahına çevrilib

 

Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Xırdalan şəhərindəki yeni inşa olunan möhtəşəm Heydər Əliyev Mərkəzinə üz tutanların sayı günbəgün artır. Ən böyük azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə orijinal layihə əsasında tikilən, göz oxşayan Heydər Əliyev Mərkəzi bu il oktyabrın 3-də dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Həm daxili tərtibatı, eyni zamanda, cazibədar xarici görünüşü ilə hamını heyran edən Mərkəz Azərbaycanın ən yeni tarixində müstəsna rolu, ölkənin hərtərəfli inkişafında, bütün sahələrin canlanmasında misilsiz xidmətləri olan Ulu Öndərin əziz xatirəsinə göstərilən böyük sevgi və ehtiramın bariz nümunəsidir.

Dahi şəxsiyyətin adını daşıyan Mərkəz onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu ünvana üz tutanlar Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlarla tanış olurlar. Nəhəng şəxsiyyətin, dünya çapında qeyri-standart siyasətçinin titanik fəaliyyəti nəticəsində Azərbaycanın dünya dövlətləri cərgəsində layiqli yerini tutmasını, həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin ağır böhrandan hərtərəfli inkişaf yoluna çıxarmasını, güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib.

Tam əminliklə demək olar ki, Abşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərinin ən gözəl istirahət məkanında - Heydər Əliyev parkında yerləşən Mərkəz artıq rayon sakinlərinin və qonaqların əsl ziyarətgahına çevrilib.

Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri - interaktiv məlumat tablolarına geniş yer verilməsi ziyarətçilərin operativ, rahat və tam məlumatlandırılmasına xidmət edir. İncə zövqlə tərtib edilən Mərkəzin ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, Mərkəzdə linqafon, "ağıllı” sinif, internet və rəssamlıq otaqları, fotostudiya da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnmələrinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır. Dördmərtəbəli Mərkəzin 280 yerlik böyük akt zalında rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün gözəl şərait yaradılıb.

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili xoşməramlı tədbirlərdən biridir. Burada ilk qeydə alınan iki məcburi köçkün gəncinin nikahına şahidliyi rayon icra hakimiyyətinin başçısı edib. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliği üçün burada hər cür şərait yaradılıb.

Burada Abşeron rayon məktəblərinin yuxarı sinif şagirdləri üçün "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda açıq dərslər yüksək fəallıq şəraitində davam edir. Açıq dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilir, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artdığı vurğulanır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğində bu dərslər müstəsna əhəmiyyət kəsb edir.


 

XƏBƏR LENTİ
Bu gün, 13:46 | İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdüDünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım