Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür

Tarix:27-03-2020, 12:24
Baxış Sayı:312

Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür


Azərbaycan ərazisində də koronavirus (COVID-19) infeksiyasına yoluxan insanların sayı digər respublikalarla müqayisədə kifayət qədər azdır. Bu virusun geniş miqyasda yayılmasının qarşısını almaq məqsədi ilə dövlət tərəfindən kifayət qədər önləyici tədbirlər həyata keçirilir. Lakin bir çox hallarda vətəndaşların öz məsuliyyətini tam olaraq dərk etməyərək karantin rejiminə ciddi çəkildə əməl etmədikləri müşahidə edilməkdədir. Ona görə də Abşeron rayonu ərazisində pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür. Gigiyena və Epidemilogiya Mərkəzi tərəfindən rayonda insanların kütləvi toplaşa biləcəyi yerlər mütəmadi olaraq dezinfeksiya olunur. Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə rayonun Masazır kəndində, Zəngilan Qaçqın Şəhərciyində, Xırdalan şəhərində, Novxanı və digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri sakinlərin diqqətinə çatdırılıb.

Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 8 çağırış edilib.

Onlardan Qəhrəmanova Minayə Mədət qızı (76 yaş, Xırdalan şəhəri), İbrahimova Rübabə Dadaş qızı (74 yaş, Xırdalan şəhəri), Azadəliyev Cəbrayıl Məhəmməd oğlu (74 yaş, Xırdalan şəhəri), Əbdülov Əbdül İsmayıl oğlu (70 yaş, Xırdalan şəhəri), Abbasova Raisa Qardaş qızı (68 yaş, Xırdalan şəhəri), Əliyeva Sədaqət Dadaş qızı (70 yaş, Mehdiabad qəsəbəsi), Baxışov Eldar Həsən (82 yaş, Masazır kəndi), Quliyev Bəxtiyar Paşa oğlu (Görədil kəndi) dərman vasitələrinin, ərzaq məhsullarının alınıb verilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib.

Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür

Abşeron rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir
Abşeron rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir
Şahin Seyidzadə : Ünvanlanan müraciətlər artıq öz həllini tapır
Şahin Seyidzadə : Ünvanlanan müraciətlər artıq öz həllini tapır
Covid19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - Video
Covid19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - Video
Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb
Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb
Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib
Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib
Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər
Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir
Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya
Xırdalanda “Evdə qal, həyatları xilas et! “  adlı maarifləndirici aksiya
Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib
Abşeronda koronavirus  pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib
Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb
Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb
Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur
Digah qəsəbəsində yeni park salınır
Digah qəsəbəsində yeni park salınır
Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb
Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb
Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib
Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib
"Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb