Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
14-12-2014, 01:58 Oxunub: 3878

Abşeron - müasir inkişaf və modern quruculuq rayonu (FOTO)

                           Abşeron - müasir inkişaf və modern quruculuq rayonu (FOTO)

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin hər yerində müşahidə olunan sosial-iqtisadi tərəqqi Abşeron rayonunu da əhatə edib.

  Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov və onun rəhbərliyi altında bütün icra aparatı da dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Abşeron rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda Abşeron rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

  Son 10 ildə rayonun sosial-iqtisadi inkişafı dinamik xarakter alıb. Abşeron rayonun Xırdalan şəhəri başda olmaqla rayonun bütün kənd və qəsəbələrində geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, sosialyönümlü obyektlər istifadəyə verilib, sahibkarlığın inkişafında uğurlar qazanılıb, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Bu inkişafa dövlətimizin başçısının bölgələrə diqqət və qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində nail olunub.

 Statistik məlumatlar göstərir ki, bu ilin 9 ayı ərzində Abşeron rayonunda da mühüm layihələrin icrası davam etdirilib, qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib. Ötən 9 ayda 2424 yeni iş yeri açılıb. Ötən ilin doqquz ayının nəticələri ilə müqayisədə sənaye məhsulunun, nəqliyyat sektorunda yük daşınmasının, pərakəndə əmtəə dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin və tikinti-quruculuq işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.

 Cari ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Masazır- Saray- Novxanı və Hökməli- Qobu- Lökbatan- Güzdək- Puta avtomobil yolları tikilərək istismara verilib. Xırdalan şəhərində Heydər Əliyev prospekti müasir görkəmdə yenidən qurulub, Həsən Əliyev küçəsi isə genişləndirilərək abadlaşdırılıb. Bakı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisindən keçən hissəsinin kənarlarında abadlaşdırma işləri həyata keçirilərək qazon, ağac və gül kolları əkilib.
 Əhalinin su, elektrik enerjisi və "mavi yanacaq”la daha keyfiyyətli təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Rayon ərazisində müxtəlif gücə malik 13 yeni transformator quraşdırılıb, yeddisi təmir edilib, 1337 paqonmetr uzunluğunda yeni qaz kəməri çəkilib, 3498 ədəd "Smart- kart" tipli sayğac quraşdırılıb

Yeni tədris ilində Abşeron rayonunda 2 yeni məktəb binası və 2 məktəb üçün yeni tədris korpusu istifadəyə verilib. Həmçinin hesabat dövründə yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, ”Park Abşeron” əyləncə mərkəzi, Xırdalan Şəhər Musiqi Məktəbi, Şahmat məktəbi, rayonunun Masazır qəsəbəsində 13 min tamaşaçı tutumlu beynəlxalq standartlara uyğun stadion istifadəyə verilib. Sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün 12 hektar ərazini əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında hər cür şərait yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev son 10 ildə Abşerona 14 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə birneçə Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalaması çiçəklənən Abşeronumuzun abadlaşmasına kömək məqsədi daşıyır

Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Abşeron rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklərin baş verdiyi, sənaye məhsulunun həcminin 23,5 dəfə, əsas kapitala yönəldilmiş vəsaitin 24,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin 19,8 dəfə artdığı, bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, Musiqi, Şahmat Məktəbləri, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binasının inşa edildiyi, Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, təhsil və digər sosial yönümlü obyektlərin tikildiyi, sənaye və emal müəssisələrinin açıldığı, yeni yolların çəkildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü bildirilir.

  Sərəncama əsasən, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Hazırda Abşeron Olimpiya İdman Kompleksinin və Abşeron Mərkəzi xəstəxanası üçün yeni binanın tezliklə tikilib istifadəyə verilməsi işləri davam etdirilir.

Abşeron rayonunda da rayon rəhbəri cənab Zakir Fərəcov tərəfindən təhsil ocaqlarının tikintisi, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması istiqamətində də xeyli iş görülüb. Dövlət proqramları və rayonun daxili imkanları hesabına son 10 ildə 25 yeni məktəb binası,26 uşaq bağçasıçkörpələr evi, 10-dan çox məktəb üçün əlavə korpus binası tikilib , 10 məktəb əsaslı təmir edilib. Yeni tikilən və əsaslı təmir edilən bütün məktəblər inventar və avadanlıqla tam təmin olunub.

Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidənqurulan obyektlər rayonumuza xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır. Biomüxtəlifliyin artırılması və rayonun florasının zənginləşdirilməsi məqsədilə Türkiyə, Bolqarstan, İspaniya, İtaliya, Sloveniyadan və digər dövlətlərdən gətirilən gül və ağac kolları əkilib. Rayonun abadlaşdırılması, təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər yerli sakinlər tərəfində təqdirə layiq hal kimi qiymətləndirilir. "Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün kənd və qəsbələri əhatə edib
Bütövlükdə bu müvsümündə Abşeron rayonda 55 minə yaxın müxtəlif növ dekorativ ağac və kollar əkilib.

Həyata keçirilən genişmiqyaslı layihələr, abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, bu gün Abşeron özünün çiçəklənən, inkişaf edən dövrünü yaşayır.

Hazırda rayonda əsas diqqət "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına yönəldilib. Əminliklə demək olar ki, üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonda gedən sosial-iqtisadi inkişaf daha da sürətlənəcək, Abşeron gözəlliyi ilə seçilən abad bir diyara çevriləcək.

    Baş redaktor:Şamo Əliyev
 
XƏBƏR LENTİ
Bu gün, 13:46 | İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdüDünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım