Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinə gələn sakinlərlə görüşən başçı vətəndaşlar tərəfindən qaldırılan məsələləri dinləyib və həlli istiqamətində müvafiq addımlar atıb.
Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan vəizahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.