Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Cənab Prezidentin bu addımı hər bir Abşeronlu üçün nümunə olmalıdır

Tarix:4-06-2020, 14:28

Cənab Prezidentin bu addımı hər bir Abşeronlu üçün nümunə olmalıdır


Koronavirus pandemiyası Azərbaycanda da müşahidə edildikdən sonra həyata keçirilən önləyici addımlar öz müsbət nəticələrini nəzərə çarpacaq səviyyədə verirdi. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Azərbaycan dövləti öz vətəndaşının sağlamlığını qorumaq istiqamətində sözün həqiqi mənasında bütün gərəkən addımları atmaqla növbəti mərhələ - yumuşalma haqda düşünməyə başlanılmışdı. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Belə demək mümkünsə, vətəndaşlar öz sosial davranış məsuliyyətini tam şəkildə həyata keçirmədi. Belə ki, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxan və sağalanlar arasında kəskin fərq yarandı. Bu da istər – istəməz ölkədə tətbiq olunan karantin rejiminin şərtlərinə bir daha baxmağı, yəni şərtləri yenidən sərtləşdirilməsini labüd etdi. Bunun məntiqi nəticəsi olaraq sərtləşdirmə barədə təkliflər hazırlandı. Dünən Operativ Qərargahın birifinqində karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlər də məhz bu laqeydliyin nəticəsidir.

Unutmamalıyıq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb, modul tipli xəstəxanalar tikilib.

Tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra təəssüf ki, vətəndaşlar sosial məsuliyyətlərinə riayət etmədilər. İnsanlar arasında maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meylləri artdı. Digər tərəfdən bayram günlərində insanların laqeydliyi nəticəsində yoluxmaların sayında nəzərəçarpacaq artım, yoluxanların sayının sağalanların sayından çox olması qeydə alındı. Müşahidə olunan bu kimi hallar əsas verir ki, vətəndaşlar bir daha karantin qaydalarına əməl etməyə çağrılsın, öz sosial məsuliyyətini gözardına vuran, karantin qaydalarını pozan şəxslərə qarşı ciddi tədbirlər görülsün, hətta onlar qanunvericiliyə uyğun qaydada cərimələnsin.

Koronavirus pandemiyasının Azərbaycan vətəndaşına təsirinin minimuma endirilməsi məsələsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının həyata keçirdiyi siyasət bir tərəfdən virusun əhalinin sağlamlığına təsirinin minimuma endirilməsi məqsədini daşıyırsa, digər tərəfdən pandemiyanın sahibkarlara, muzdla işləyənlərə, eləcə də işləməyən vətəndaşlara təsirinin azaldılmasına xidmət edir. Amma bütün məsuliyyəti dövlətin üzrəinə qoymaq doğru deyildir. Çünki dövlətin həyata keçirdiyi tədbirlərdən savayı vətəndaşlar da öz üzərinə düşən vəzifləri icra etməlidir. Lakin bəzi hallarda vətəndaşların karantin rejiminin yumuşaldılmasından sui-istifadə edərək qoyulan tələblərə əməkl etməməsi növbəti problemlərin yaranmasına səbəb oldu. Yaranmış vəziyyətdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi Operativ Qərargaha həftə sonları Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda insanların küçəyə çıxmasına qadağa qoyulması qərarı qəbul edib. Çünki sosial hərəkətliliyin azaldılması da xəstəliyin yayılmasının qarşısının alınması üçün effektiv vasitələrdən biridir. Çünki təcrübə göstərir ki, həyata keçirilən təcrid tədbirləri yeni növ COVİD-19 virusunun yayalmasının qarşısını alınması istiqamətində adılan ən uğurlu addımlar sırasındadır. Ona görə də əhalinin sağlamlığını qorumaq üçün atılan bu addımı anlayışla qarşılamaq hər birimizin sosial borcudur. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatlığının olmamasına xidmət edir. Deməli, özünü, ailəni ətraf mühirtlə bir ncə günlük təcrid etməklə həm virusun yayılmasının qarşısını ala bilərik, həm də özümüzün, əzizilərimizin sağlamlığını qorumuş olaraq. Üstəlik tibbi maskadan istifadəni ən azı gündəlik həyatımızın vazkeçilmək hissəsinə çevirməlik.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər və Ağcabədi rayonlarında bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Yalnız bu yolla, vətəndaş-dövlət birliyi nəticəsində pandemiyaya qalib gələ bilər, ailə üzvlərimizi qoruya bilərik.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir