Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib

Tarix:1-07-2020, 15:50
Baxış Sayı:965

İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı görülən tədbirlərə həsr olunmuş növbəti onlayn müşavirə keçirib.

Müşavirədə RİH başçısının Xırdalan şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədirləri iştirak edib. İcra başçısı koronavirus infeksiyasının qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını, idarə, müəssisə və təşkilatlarda gündəlik iş prosesi zamanı işçilərin say həddinin gözlənilməsini və zəruri mühafizə vasitələrindən istifadə edilməsini tələb edib.

Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, o cümlədən yas mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırmışdır.

Xanım başçı çıxışında vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq bütün qüvvələrə çağırış etmiş, yuxarıda sadalanan tövsiyələri anlayışla qəbul edib icra etməyi xahiş etmiş, eyni zamanda yaşı 65-dən yuxarı olan insanlara, eləcə də tənha, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərə, həssas qruplardan olan ailələrə köməkliklərin bundan sonra da davam etdirilməsinin, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasının, bu işdə hər hansı bir laqeydliyin, neqativ halın yolverilməz olmasının daim günün tələbi olduğunu söyləmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsində danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edilib.

[center]İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Abşeronda gənclərlə video konfrans keçirildi
Abşeronda gənclərlə video konfrans keçirildi
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Yeni Təhsil naziri kimdir?
Yeni Təhsil naziri kimdir?
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Respublikada 22 su kanalı yenidən qurulacaq
Respublikada 22 su kanalı yenidən qurulacaq
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Ağdamın işğalından 27 il ötür
Ağdamın işğalından 27 il ötür