Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda polis işçiləri təbrik edildi

Tarix:2-07-2020, 12:10

Abşeronda polis işçiləri təbrik edildi

Hörmətli Polis işçiləri!



Bu gün Azərbaycan polisinin yaranmasının 102-ci il dönümüdür. 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük naliyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə də bu proses davam etdirilmiş və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü elan olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib.

Azərbaycan polisi ən çətin məqamlarda da dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirməkdədir. COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi zamanı polisimizin bir daha uğurlu fəaliyyətini gördük. Hər kəs virusdan qorunmaq üçün evində oturduğu bir məqamda fədakarlıq nümayiş etdirən polis küçələrdə asayişin bərpa olunması üçün əlindən gələni etdi, kimisini mənzil başına, kimisini xəstəxanaya, kimisini də yaxınının hüzürünə çatdırdı. Kimisinin mənzilinə çörək, kimisinə isə dərman pereparatları apardı. Sözsüz ki, bütün bu kimi addımlar cəmiyyətdə polisə olan inamı və sevgini daha da artırır.

Abşeron rayonunda da ictimai asayişin qorunmasındakı Azərbaycan polisinin böyük xidmətləri var. Ötən müddət ərzində rayonumuzda 2 polis bölməsi tikilərək istifadəyə verilib. Bununla da yeni ştatlar açılaraq əməkdaşların sayı artırılıb.

Bu gün sadiq, dürüst və vicdanlı fəaliyyəti nəticəsində insanlar polisimizə güvənir və ona etibar edir. Bu münasibətlə daxili işlər orqanlarının şəxsi heyətini təbrik edir, posislərimizdə bu fədakar və şərəfli işinizdə uğurlar arzulayıram.

İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib