Absheron Media
Haqqımızda Bizimlə əlaqə

8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib

Tarix:24-07-2020, 13:44
Baxış Sayı:930

8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib

“Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər”

Azərbaycanda həyata keçirilən daxili və eləcə də sosial siyasətdə şəhid ailələri, müharibə əlilləri ön sıralardadır. Onların problemləri daim diqqət mərkəzində saxlanılır, öyrənilir və həlli istiqamətində mühüm addımlar atılır. Son illər ərzində bu istiqamətdə görülən işlərə nəzər yetirdikdə önümüzdə canlanan mənzərə, sadalanan statistik rəqəmlər söylədiyimiz fikirləri bir daha sübut edir. Yeri gəlmişkən, qeyd edək ki, bu günə qədər 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcək. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub.

Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezidenti İlham Əliyevin nitqində sözügedən məsələyə toxunub. Dövlət başçısı bildirib ki, sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur. Belə ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.

Pandemiya dövründə 5 milyon insan dövlətdən maddi dəstək alıb

COVİD-19 virusunun yaratdığı pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən çətinliklər yaratdı. Lakin rəsmi Bakı pandemiyanı az iqtisadi itkilərlə başa vurmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirdi. Bununla belə, əhalinin də sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Demək olar ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Dövlət başçısı yeni modul tipli xəstəxanaların tikilməsinə diqqət çəkərək, bu tikintilərin davam etdiyini vurğulayıb. Xəstələrin dərmanlarla təchiz edildiyini, bir neçə xarici ölkədən mütəxəssislərin, həkimlərin cəlb edildiyini söləyən cənab Prezident daha sonra pensiyalara toxunub. O bildirib ki, bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Cari ildə 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.

Neftin qiymətindəki eniş sosial layihələrə təsir etməyib

Azərbaycanda vəsaitin əsas hissəsi enerji sektorundan əldə edilir. Heç şübhəsiz ki, bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olub. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan neftini dünyaya çıxardacaq beynəlxalq müqavilələr bağlandı və nəticədə neft gəlirlərindən xalqımız illərdir ki, yararlanır.

Bu arada qeyd olunmalıdır ki, pandemiya dövründə dünyada böhran hələ də davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə aşağı düşüb və Azərbaycanın gəlirləri buna uyğun olaraq azalıb. Prezident İlham Əliyev öz nitqində neftin qiymətinin düşməsindən danışan zaman qeyd edib ki, neft gəlirlərinin azalmasına baxmayaraq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Dövlət başçısı qeyd edib ki, neftin qiymətinin azalmasına Ermənistan sevinir. Çünki onlar başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. “Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın” – deyən Prezident əlavə edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycanın müstəqil ölkə kimi qalıb-qalmayacağı hələ böyük sual altında olardı. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər.

Əlli minə yaxın insan orduya könüllü yazılıb

Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi hərbi təzavüzü, hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Azərbaycan tərəfi bu təxribatın qarşısını qətiyyətlə alıb. Ordumuz düşmənin layiqli cavabını verib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Sözügedən mövzuya toxunan dövlət başçısı əlavə edib ki, bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi: “Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz”. Daha sonra cənab Prezident vurğulayıb ki, artıq ölkəmiz 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, onun güclü iqtidarı, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.

Azərbaycan bu vaxta qədər görünməmiş dəstək gördü

Artıq bütün dünyaya gün kimi aydındır ki, Azərbaycan – Ermənistan münaqişəsi ermənilərin təcavüzü, torpaqlarımızın işğalı səbəbindən yaranıb. Ermənilərin törətdiyi vəhşiliklər, terorrlar hərbi cinayət, insane hüquqlarının pozulması, beynəlxalq qanunların təhqir olunmasıdır. “Azərbaycanın siyasəti ədalətli siyasətdir” – deyən Prezident İlham Əliyev bildirib ki, bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Ermənistanın növbəti təcavüzü zamanı Azərbaycanın çox böyük beynəlxalq dəstək aldığını vurğulayan Prezident nitqinə bunları əlavə edib: “ Bu günlərdə heç vaxt olmadığı qədər - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstəriblər;

- Qoşulmama Hərəkatı burada 120 ölkə cəmləşir - birmənalı Azərbaycanı dəstəklədi. 57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb;

- Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədiş.

“Münaqişənin yarımçıq həlli bizə lazım deyil”

Azərbaycana verilən beynəlxalq dəstək, dünya ölkələrinin rəsmi Bakının yanında olması bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Prezident İlham Əliyev nitqinin sonunda “Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir” – deyib. Dövlət başçısı əlavə edib ki, münaqişənin yarımçıq həlli bizə lazım deyil. “Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Abşeronda gənclərlə video konfrans keçirildi
Abşeronda gənclərlə video konfrans keçirildi
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Yeni Təhsil naziri kimdir?
Yeni Təhsil naziri kimdir?
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Respublikada 22 su kanalı yenidən qurulacaq
Respublikada 22 su kanalı yenidən qurulacaq
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Ağdamın işğalından 27 il ötür
Ağdamın işğalından 27 il ötür