Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Respublikada 22 su kanalı yenidən qurulacaq

Tarix:26-07-2020, 18:30
Baxış Sayı:810

Respublikada 22 su kanalı yenidən qurulacaq

Su ehtiyatları ilə bağlı bütün işlərə alimlər cəlb olunmalıdır

Dünya əhalisi çoxaldıqca və eləcə də qlobal iqlim dəyişikliyi yaşandıqca yer kürəsində içməli su çatışmazlığı sürətlə artmaqdadır. Sudan qənaət etmədən istifadə, su qaynaqlarının quruması və kənar təsirlərə məruz qalaraq quruması, meşələrin miqyasının və yığıntıların azalması ilə gələcəkdə böyük su probleminin yaranacağını indidən proqnozlaşdırmaq mümkündür. Hazırda bu problemlərin müəyyən işartıları bir çox ölkələrdə görünməkdədir. Azərbaycan da dünyanın bir parçası olaraq qlobal problemlərdən sığortalanmayıb. Ölkəmizin bəzi bölgələrində son zamanlar yaşanan su çatışmazılığı bir tərəfdən iqlim dəyişikliyi ilə əlaqəlidirsə, digər tərəfdən bir sıra hallarda aidiyyəti qurumların fəaliyyətindəki çatışmazlıqlarla bağlıdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə də sözügedən məsələyə toxunulması fikirlərimizi təsdiq edir. Müşavirədə dövlət başçısı əvvəlcə bildirib ki, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. “Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, hətta bzim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir” – deyən Prezident respublika ərazisində həyata keçirilən qazlaşdırma layihələrinə də toxunub. O qeyd edib ki, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Sonra nəqliyyat infrastrukturunun böyük dərəcədə müasirləşdiyini, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycanın dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdə olduğunu xatırladan dövlət başçısının sözlərinə görə, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

“Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin statistikası 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir” – deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Dövlət başçısı son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyətinin tamamilə müsbət tərəfə dəyişdiyini, onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərinin xüsusilə yer tutduğunu vurğulayaraq əlavə edib ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. “Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir”.

Daha sonra prezident İlham Əliyev su təsərrüfatına cavabdeh olan qurumların fəaliyyətindəki qüsurlardan danışıb. Dövlət başçısının sözlərinə görə, keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. “Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir” – deyən Prezident bildirib ki, suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur. Suya qənaət olunmasının, xarici mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğuylayan cənab Prezident söyləyib ki, bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalı, yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları da bu işlərə cəlb edilməlidir: “İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır”.
Respublika ərazisində 22 kanalın yenidən qurulmasının nəzərdə tutulduğunu və bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll ediləcəyini bildirən prezidet İlham Əliyev əlavə edib ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır: “ Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti birlikdə ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə aparılsın və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun”.

Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Abşeronda gənclərlə video konfrans keçirildi
Abşeronda gənclərlə video konfrans keçirildi
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi zərurəti var
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
“Arzu Əliyevanın adına saxta profil açanlar müəyyənləşəcək” - DTX
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Baş Nazirdən işsiz və işaxtaranlarla bağlı - Qərar
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirəcək
Yeni Təhsil naziri kimdir?
Yeni Təhsil naziri kimdir?
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
İlham Əliyev yeni naziri videoformatda qəbul etdi
Respublikada 22 su kanalı yenidən qurulacaq
Respublikada 22 su kanalı yenidən qurulacaq
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir
Ağdamın işğalından 27 il ötür
Ağdamın işğalından 27 il ötür