Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir

Tarix:20-09-2020, 13:25

Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir


Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir

Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycanın ərazisində üç mühüm dinlərdən zərdüştlüyə (barış və sülh dini), Şimal bölgələrdə xristianlığa (Qafqaz Albaniyada) və VII ə. bəri islama ibadət olunur. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərinin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.



Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Tolerantlıq müxtəlif mədəniyyətlərdə çoxşaxəli və birmənalı anlayış deyil. Tolerantlıq latınca “tolerare” kökündən törəyib “dözmək, səbir etmək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qarşılamaq” mənalarını verir. Tolerantlıq türk dilində “xoşgörü”, ərəb dilində “musamihə” terminləri ilə paralellik təşkil edir. Tolerantlığın başqalarının inanc və düşüncələrinə hörmət etmək mənaları mövcuddur.



Müasir dövrdə tolerantlıq problemi ilə məşğul olan tədqiqatçılar tərəfindən tolerantlığa bir neçə məna verilir. Alimlərin bir qismi tolerantlığı “ideal və həyatın vacib prinsipi” kimi qəbul edir, sivilizasiya mövcudluğuna bir şans kimi qiymətləndirir. Tədqiqatçıların o biri qismi isə tolerantlığı bəşəriyyətdə hökm sürən parçalanma və laqeydliyi gizlədən simvolik bir pərdə kimi göstərir. Tolerantlıq problemini araşdıran tədqiqatçı Uoltser ictimai şüurda tolerantlıq ideyasınının yaranmasını və inkişafını bir neçə mərhələyə bölür: I mərhələ - XVI-XVII əsrlər dini tolerantlıq (katolik və protestantların arasında müharibə İspaniyada Kordof) krallığı sülhün qorunması naminə- fərqliliklərə - təmkinli və dözümlü olmaq; II mərhələ - passiv etap, digərlərə və fərqliliklərə laqeydlik; III mərhələ - mənəvi stoisizm, yəni digərlərin, fərqlilərin də hüquqları var, qəbul edilməz də olsa onu qəbul etmək. IV mərhələ- münasibətlərdə açıqlıq, hörmətlə yanaşma, bir-birini öyrənmək və maraq göstərmək; V və sonuncu mərhələ - fərqliliyi mədəniyyətlərarası qəbul etmək, müxtəlifliliyə heyran olmaq və tolerantlığın bir individlə ölçülməməyi.

Dözümlülük ideyası heç də yeni deyildir, qeyd etmək lazımdır ki, tolerantlığa fəlsəfi yanaşmanın antik dövrə aparan dərin kökləri vardır. İnsan təbiətinin və mədəni-tarixi fərqlərinin dialektik vəhdəti iki fərqli anlayışla izah olunurdu: “özümünkü” və “digərı”. Məsələn, Solonun və Anaxarsisin əfsanəsində ellinlərin və barbarların bir-birinə çox fərqli olmaqlarına baxmayaraq, dostluq anlayışına etnosdan üstün tutub böyük dəyər verməkləri nəzərə çarpır. Ksenofontun ideal cəmiyyət modelinin quruluşu üçün nümunə kimi ilkin Fars Çarlığı götürülür.Sokrat və Platonun da fikirlərində dözümlülük intellektual asketizmlə bağlıdır və insanların mənəvi və sosial birləşməsi kimi izah olunur.

Tertulianın nəzəriyyəsində dözümlülük - ilahi bir varlıq kimi təqdim olunur. Kassiodorun fikrincə “dözümlülük - müdriklərə xas olan xüsusiyyətdir” Bundan başqa insanın universal təbiətinin milli fərqlərindən üstün olması qədim yunan fəlsəfəsində “kosmopolitizm” kiniklərin məktəbində, Roma stoisizmi və digər məktəblərdə müşahidə etmək olur. Orta əsrlərin xristian fəlsəfəsində tolerantlıq şovinizm və fanatizmə qarşı olan bir anlayış kimi izah olunur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Qərb fəlsəfəsində Con Lokkun “Din dözümlülüyü” əsəri tolerantlıq anlayışının klassik liberal izahı oldu. Yeni dövrdə Kantın “Əbədi sülhə doğru” əsərində dözümlülük - əxlaqi qəti imperativ kimi izah olunur və sülhdə mövcud olmaq üçün cəmiyyətdə münasibətlər qarşılıqlı hörmət üzərində qurulmalıdır, tolerantlıq subyektin ümumbəşəri əxlaqi dəyəri kimi qeyd edilib. Rerixin - tolerant münasibət- yüksək tərbiyənin nəticəsidir. Solovyov “Xeyirxahlığın bəraəti” əsərində dözümlülüyü- təmkinliklə eyniləşdirir və digərlərin də azad olmağını qəbul edir. Baxtinin dözümlülük dialektikası “Mən - Özüm”, “Mən və digəri”, “Digərləri mənim üçün” kimi anlayışlarla izah olunur və dözümlülük dialoq üstündə qurulmalıdır. Lev Tolstoyun “Vətənpərvərlik və sülh” əsərində dözümlülük insanın həyata məhəbbətindən yaranır. Nitşeyə görə tolerantlıq - təmkinlik özünə qalib gəlmək və intellektual azadlığın axtarışı kimi fikirləri irəli sürülür. Nizaminin “İqbalnamə” və “Yeddi gözəl”, Cəlil Məmmədquluzadənin “Kamança”, Seyid Yəhya Bakuvinin Xəlvətiyyə təriqətinin banilərindən biri kimi əsərlərində tolerantlığa və multikultural cəmiyyətin qurulmasına xüsusi yer ayırmışdır.

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd olunması haqqında qərar qəbul edilməsi təsadüfi deyil. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudluğudur. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.

Multikulturalizmin müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya, Kanada modelləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul olunması qeyd edilənlərə bariz nümunədir.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir