Absheron Media
Haqqımızda Bizimlə əlaqə

BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir

Tarix:24-09-2020, 14:20
Baxış Sayı:189

BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı zamanı söyləyib.
Qeyd edək ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb.
Bu gün insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Demək olar ki, dünyanın dörd bir yanında sözügedən problemlıərlə rastlaşmaq mümkündür. Deməli, dünya dövlətləri bu kimi məsələləri həll etmək üçün bir araya gəlməli və bəşəriyyətimizin xilası uğrunda güclərini birləşdirməlidir. Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
BMT-də islahatlara ehtiyac var
Çıxışı zamanı Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının gücləndirilməsinin vacibliyinə diqqət çəkib: “Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”. Bildirilib ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır. BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir. Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir.
“Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır” – deyə Prezident İlham Əliyev bildirib.

Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
Abşeronda növbəti reyd keçirildi
Abşeronda növbəti reyd keçirildi
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi