Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir

Tarix:25-09-2020, 14:22
Baxış Sayı:829

Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir

“Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Ondan çox ölkə bu soyqırımını tanıyıb.
İrəvan Qarabağda qanunsuz məskunlaşma siyasəti aparır
Çıxışı zamanı Ermənistanın işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyevin sözlərinə görə, rəsmi İrəvan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Bununla yanaşı ermənilər mülki əhalini hədəf seçməkdən də çəkinmirlər və bütün bunları dünyanın gözü qarşısında, açıq – aşkar, nümayişkəranə şəkildə həyata keçirirlər. “Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu” – deyən Prezident İlham Əlityev Ermənistanın sülh prosesində iştirak etmədiyini də diqqətə çatdırıb. O bildirib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur: “Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilib”.
Ermənilər müharibə hazırlıqları görür
Çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın son zamanlar sərhədyanı ərazilərdəki aktivliyinə diqqət çəkərək rəsmi İrəvanın müharibə hazırlıqları gördüyünü bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.
“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub” – deyən Prezident İlham Əliyev bildirib ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan-BMT əlaqələrinə də toxunub. O, bildirib ki, Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurub. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.
Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır
Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. Rəsmi Bakının COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Prezident İlham Əliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Dialoq mərkəzi – AZƏRBAYCAN
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Ölkəmiz dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. “Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.

Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
Abşeronun bu qəsəbəsi də abadlaşır – VİDEOREPORTAJ
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
Abşeronda növbəti reyd keçirildi
Abşeronda növbəti reyd keçirildi
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
Ermənistan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Prezident İlham Əliyev: “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
“Metsamor” AES dünya və region üçün böyük təhlükədir
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisini dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevirib
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Ənənəvi olmayan yeni dərs ili, yeni vəzifələr...
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Deputat karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib - Foto
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Bir qrup deputat Milli Amputant Futbol Komandasının heyətini səfərə yola salıb
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
Abşeronlu şagird yazı müsabiqəsinin qalibi oldu
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi