Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qayıdışa tələsirik!

Tarix:13-11-2020, 09:10

Qayıdışa tələsirik!

Şuşa sakini,

İradə Gülməmmədova



Mən hər zaman Ona inandım. Həyatımın bütün məqamlarında ümidimi heç vaxt itirmədim, ümidsizliyə qapılmadım, arzularımdan əl çəkmədim. Bizi nicata, sevincə, qələbəyə çatdıracaq, evimizə aparacaq kişinin - Müzəffər Sərkərdənin məhz cənab Prezident İlham Əliyevin olduğuna bir an belə şübhə etmədim. “Lazım”ın nə zaman gələcəyini, torpaqlarımızın azad olunması üçün Azərbaycan igidlərinin nə vaxt ayağa qalxacağını, silaha sarılacağını bilməsəm də belə, onun tezliklə baş verəcəyinə əmin idim. Bir sabah “lazım”ın artıq gəldiyini, ordumuzun döyüş meydanında igidlik göstərdiyini eşidəndə evindən, yurdundan çıxmağa məcbur olan bütün həmvətənlərimin gözü sevinclə doldu, beş barmağımız yumruq kimi birləşdi. Ali Baş Komandana, Ordumuza olan inam bizi cəbhəyə, döyüşə tələsdirdi. Xalq-iqtidar birliyi və əsgərlərimizin şücaəti sayəsində qələbələrimiz bir-birinin ardınca düzüldü. Üç rəngli, ay-ulduzlu müqəddəs bayrağımızın hər keçən gün dalğalanaraq işğaldan azad olunan torpaqlardan xəbər verdi.
XəyaIımıza gətirmədiyimiz bir vaxtda yuxularımızı çin, arzularımızı gerçək, mümkünsüzlüyü mümkün edən, gözlənilmədən bizə bu sevinci yaşadan bir insan, bir sərkərdə haqqında düşünmədən danışmağa, məmləkətimizə bəxş etdiyi qələbə sevincini kiminsə kiçiltməsinə cəhd etməsinə Azərbaycan xalqı imkan verməz. Şəhid analarının məğrur duruşunu, şəhid övladının sızlaya-sızlaya, için-için ağladığını, lakin mərdi-mərdanə baxışını, başını dik qaldırıb özünü dik tutmağa can atan şəhid atasını görən, “VƏTƏN SAĞ OLSUN” cümləsini fərəhlə deyən insanları görənlər heç vaxt qələbəni kiçiltməyə cəhd etməz.
Bir ana şəhid övladını dəfn edib qayıdarkən başqa bir ananın şəhid balası üzərində ağladığını görüb “Ağlama bacım, başını dik tut, sən igid anasısan” deyib onun boynunu qucaqlamasını gördüyümdə bu xalqı kimsənin yenə bilməyəcəyinə bir daha əmin oldum. Şəhid övladı haqqında danışan qazi atanın dilindən “Bizə o zirvə - şəhid zirvəsi qismət olmadı, təki Azərbaycan yaşasın!” kəlməsini eşitdikdə, bu cür oğulları olan vətənin basılmaz olduğunu, qələbəyə layiq olduğunu bir daha bütün dünyaya car çəkmək istəyirsən.
Qaçqın həyatının məhv etdiyi illərini, iliyinə qədər hiss etdiyin ağrı-acını yalnız qələbə ovuda bilərdi. Çünki o günü, o gecəni yaşayan, o yaranı alan kimsəni başqa heç nə sağalda bilməz. Son dəfə evindən çıxcanda, işğı söndürməyib qəlbini yandıranda çönüb arxaya baxanda gəncliyinin, uşaqlığının sızın-sızın boylandığını görürsən. Güllə yağışı altında yurdunu tərk edəndə, çağa övladını sinənə sıxanda bağrına közəlmiş vətən dərdini basdığını anlaylırsan. Bu dərdi, bu yanğını, bu hissi ağlaya-ağlaya Şuşadan, eləcə evindən məcbur çıxan hər kəs bilir. O bizik, o mənəm. Yoxsa bu gün qələbəmizi kölgəyə salmaq üçün orda-burda müzakirə edirlər, rus belə getdi, tükr belə gəldi, heç bir “müzakirə” bu qələbəyə dəyməz. Ona görə dəymir ki, müzakirə edib, qol da çəkib, söz də deyən bir nəfər var. O da cənab Prezident İlham Əliyevdir. O da öz qələbəsi ilə, torpaqlarımızı işğaldan azad etməsi ilə öz adını, imzasını tarixə saldı. Tarix özü Müzəffər Ali Baş Komandana büst qoyacaq. Allah ona milyonların sevgisini bəxş etdi. Başımızı uca edib, adımızı yüksəklərə qaldırdı. Allah da onu ucalardan uca eləsin.
Artıq fikirləşirik ki, görəsən, neçə günə gedib evimizə, yurdumuza baş çəkəcik. Onu düşünmək belə, bizi həyacanlandırır. Adam qol qaldırıb oynamaq istəyir. Döyüşün getdiyi o 45 gündən əvvəl heç fikirləşmirdik ki, torpaqlar azad olunacaq, xalqımız o həyacanı, o sevinci yaşayacaq.
Bu gün hamının bir amalı olmalıdır, bu amal da azərbaycançılıq, ulu öndərimizin nasihətlərinə sadiq qalmaq, onun qarşısında baş əyməkdir.
Birinci Vitse Prezident Mehriban xanım Əliyeva əsl Azərbaycan qadını olaraq hər zaman öz həyat yoldaşının yanında və köməyindədir. O, Prezidentin yanında Nigarın Koroğlunun, Həcərin Nəbinin yanında durduğu kimi dayanır. Sanki həyatın hər anında yanındayam, birik, arxayın və uca olasan, sözün daha da kəsərli, daha da vüqarlı olsun.
Bax, biz xalq olaraq bu amalı, bu günlərdə yaşadığımız xalq-hakimiyyət vəhdətini dəstəkləməliyik. İmkan versinlər ki, qələbə sevincini doya-doya yaşaya bilək. O qələbə sevincini ki, işğal nəticəsində cavanlığımızı itirdik, Orta və yaşlı nəslimizin nümayəndələrini itirdik, vətən həsrətini içində, sinəsində daşıyan doğmalarımızı, əzizlərimizi itirdik. Heç olmasa, az sayda qalan yaşlı nəslimizin son arzusu gerçəkləşsin, evinə, doğma torpaqlarına qayıtmaq isəyən gözü yaşlı atalarımızı, analarımızı o yerlərə aparaq. Qoy dünyalarını da dəyişsələr, doğma el-obalarından son mənzilə yola salaq.
Qələbən mübarək, ey Azərbaycan xalqı.
Qarabağ Azərbaycandır!

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir