Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam

Tarix:18-11-2020, 09:01
Baxış Sayı:191

Prezidentdən Şuşaya çəkilən yolla bağlı sərəncam

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.

27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə yeksan edilib.

Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.

Abşeronda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Abşeronda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
Prezident xüsusi sessiyada çıxış etdi
Prezident xüsusi sessiyada çıxış etdi
"QARABAĞIN GƏLƏCƏYİ İLƏ BAĞLI ARTIQ İLK ADDIMLAR ATILIR"
Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - Sərəncam
Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir - Sərəncam
Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq
Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq
Şəhid ailələrinə 11 min manat veriləcək - Rəsmi açıqlama
Şəhid ailələrinə 11 min manat veriləcək - Rəsmi açıqlama
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama
Prezident İlham Əliyev xalqa müraciət edib - Video
Prezident İlham Əliyev xalqa müraciət edib - Video
COVID–19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
COVID–19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO
Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatıb - FOTO
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO
Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı
Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı
Distant təhsil müddəti bu tarixədək uzadıldı
Distant təhsil müddəti bu tarixədək uzadıldı
Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı
Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizlənir
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizlənir
AZTV - Abşeronda karantin rejiminə nəzarət tədbirləri gücləndirilib
AZTV - Abşeronda karantin rejiminə nəzarət tədbirləri gücləndirilib