Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr

Tarix:4-12-2020, 08:33
Baxış Sayı:180

Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib, bu tarix Qarabağın incisi Şuşa şəhərinin azad edildiyi gün- noyabrın 8-də qeyd ediləcək.

"Qafqazinfo" bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatını təqdim edir:

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

***

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün təsis edilməsi haqqında yeni sərəncam imzalayıb:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident Şuşaya getdi - Video + Fotolar
Prezident Şuşaya getdi - Video + Fotolar
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Sarayda sakinlərlə görüşdü
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Sarayda sakinlərlə görüşdü
Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Məktəblərdə dərslər ənənəvi qaydada keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verib
Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verib
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlandı
Prezident qəbul keçirdi
Prezident qəbul keçirdi
Abşeron RİH əməkdaşları qazi Ruslan Əliyevə baş çəkdi
Abşeron RİH əməkdaşları qazi Ruslan Əliyevə baş çəkdi
Prezident İlham Əliyev: “Biz baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”
Prezident İlham Əliyev: “Biz baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”
“Peyvəndlənmədən sonra yoluxma riski qalır, lakin... ” - professordan ilginc açıqlama
“Peyvəndlənmədən sonra yoluxma riski qalır, lakin... ” - professordan ilginc açıqlama
"Bu arzuma "Qarabağ"da çatdım" - Pedro Enrike
Pakistan dərman şirkətləri Azərbaycana istehsal qurmağa dəvət edilib
Pakistan dərman şirkətləri Azərbaycana istehsal qurmağa dəvət edilib
Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb
Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb
Fransanın XİN başçısı: "Azərbaycanla konstruktiv danışıqlar aparmaq lazımdır"
Fransanın XİN başçısı:
Bu həftə Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək
Bu həftə Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək
1, 5 və 50 manatlıqların yeni dizaynda tədavülü başladı
1, 5 və 50 manatlıqların yeni dizaynda tədavülü başladı
Putinin Moskva görüşündəki çıxışının - Tam mətni
Putinin Moskva görüşündəki çıxışının - Tam mətni
Bursadakı Heydər Əliyev Parkı əsaslı şəkildə təmir olunur
Bursadakı Heydər Əliyev Parkı əsaslı şəkildə təmir olunur
Prezident İlham Əliyev: “Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”
Prezident İlham Əliyev: “Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”