Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü Abşeronda da dərin kədər hissi ilə anılıb.
Xırdalan şəhər H.Əliyev adına mədəniyyət və istirahət parkında baş tutan anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramını bildirib.