Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

Tarix:15-01-2021, 12:32

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

Abşeron rayonunun Saray qəsəbəsində kanalizasiya xətti çəkilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. RİH başçısına bildirilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi layihələrin davamı olaraq cari ilin yanvar ayında Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində yeni kanalizasiya xəttinin çəkilişlərinə başlayıb. Layihəyə əsasən Yeni Yaşayış massivində müxtəlif diametrli borularla 12,9 km uzunluğunda kanalizasiya xətləri çəkiləcək. Bu xəttin 4,4 km-lik hissəsi 200 mm, 1 km-lik hissəsi 280 mm, 3,5 km-lik hissəsi 300 mm, 1,5 km-lik hissəsi 600 mm-lik, 2,5 km-lik hissəsi isə 800 mm diametrli borularla inşa ediləcək. Layihə çərçivəsində məhsuldarlığı saatda 200 kubmetr olan kanalizasiya nasos stansiyası inşa ediləcək.

Qeyd edilib ki, bu ərazidə formalaşan tullantı suları yeni tikilən kanalizasiya xətti vasitəsi ilə Sumqayıt şəhərindən keçən 1000 mm diametrli kanalizasiya kollektoruna ötürüləcək. Layihə çərçivəsində bu ərazidəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin tullantı suları yeni tikilən xəttə ötürüləcək. Xəttin çəkilişi başa çatdıqdan sonra ev birləşmələri veriləcək. Qeyd edilib ki, layihənin sonunda qazılmış küçələr əvvəlki vəziyyətinə gətirilib sakinlərin istifadəsinə veriləcək. Bu layihə həm də ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda işlər qəsəbənin Dədə Qorqud küçəsi də daxil olmaqla bir neçə ərazidə aparılır.

RİH başçısı həyata keçirilən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması istiqamətində öz tapşırıqlarını verib.

Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir