Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Vətən müharibəsində şəhid və qazi olmuş hərbiçilərin ailələri ziyarət edilib

Tarix:2-02-2021, 19:46

Abşeronda Vətən müharibəsində şəhid və qazi olmuş hərbiçilərin ailələri ziyarət edilib

Hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhid ailələri, qazilər, veteranlar, könüllülər və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri və fəal gənclər fevralın 2-də Xırdalan şəhərindəki Şəhidlər Abidəsinə gələrək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda Vətən müharibəsində şəhid və qazi olmuş hərbiçilərin ailələri ziyarət edilib.

Rayonun kənd və qəsəbələrində, eləcədə Xırdalan şəhərində keçirilən görüşlər zamanı vurğulanıb ki, igid oğullarımız vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.

Şəhid və qazi ailələrinin ziyarət aksiyasına Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin kollektivi və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri qoşulublar. Görüşlərdə qazi və şəhid ailələri ilə söhbət edilib, gündəlik qayğı və problemləri ilə maraqlanılıb.Aksiya zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.

Qazi və şəhid ailələri ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, aksiya Abşeron rayonu ərazisində yaşayan 200 şəhid və qazi ailəsini əhatə edib.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir