Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: “İllər keçdikcə erməni xalqı onları bu bəladan xilas etmək istədiyimizə görə bizə minnətdar olacaq”

Tarix:3-02-2021, 12:34
Baxış Sayı:69

Prezident İlham Əliyev: “İllər keçdikcə erməni xalqı onları bu bəladan xilas etmək istədiyimizə görə bizə minnətdar olacaq”

“17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib. Onun sözlərinə görə, yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları yüksəkdir. Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. “2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik” - deyə Prezident İlham Əliyev qeyd edib.
O zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Azərbaycanda hər il 5 milyon insan - ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir. Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir.
Müasir xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə imkan verib.

Pandemiyaya qarşı tədbirlər:
• Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya əvvəlcədən hazır olub.
• Əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər.
• Modul tipli 13 xəstəxana quraşdırılıb.
• Pandemiyaya qarşı mübarizə apararkən insanlara çətinliklər yaradılmaması üçün çox həssas davranılıb.
• Pandemiyanın ilk günlərindən işlər düzgün aparılıb, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub.
• 4 milyon doz vaksin sifariş edilib vəAzərbaycana gətirilməsi təmin edilib.
• Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.
• “Qallap” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
• Həm beynəlxalq təşkilatlar, həm də ölkə əhalisi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir.
• Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.
• Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib.

Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir

Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bəzi ölkələrin etinasızlığına baxmayaraq, rəsmi Bakı Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusisessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb.
Hazırda dünya ölkələri arasında vaksinlər uğrunda böyük mübarizə gedir. Ehtimal olunur ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu çox faciəvi fəsadlara gətirib çıxara bilər. Bununla bağlı danışarkən Prezident İlham Əliyev qeyd edib ki, COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Dövlətimizin başçısı zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isəbu sahədə qazanc dalınca qaçmamağa çağırıb.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparır və bundan sonra da öz səsini daim ucaldacaq.

Pandemiya şəraitində müşahidə olunan ədalətsizliklər:
• Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərinin 53 faizini sifariş ediblər;
• “Moderna” vaksininin 98 faizini,“Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər;
• Dünyanın aparıcı media qurumlarına bu məlumatları gündəmdə saxlamaq sərf etmir;
• Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyən Kanada öz əhalisinin sayından dörd dəfə çox - 154 milyon əhali üçün vaksin sifariş edib;
• Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir;
• Kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür;
• Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə aparır.

Prezident İlham Əliyev müsahibəsində onu da qeyd edib ki, biz neomüstəmləkəçilik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik.
Neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verilir.

Erməni faşizminin fəsadları

Prezident İlham Əliyev ermənipərəst, anti-Azərbaycan, islamofob dairələrlə bağlı öz fikirlərini də bildirib. Həmin fikirləri tesiz şəklində sizə təqdim edirik:
• Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb;
• Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır;
• Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur;
• Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdə ev qalıb. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edilib;
• Yol boyunca kəndlərin bütün binaları dağıdılıb, talan edilib;
• Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar.

Prezident İlham Əliyev daha sonra qeyd edib ki, uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar.İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir.

Erməni vandalizminin səbəbləri:
• Hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini görə bilməyiblər.
• Erməni faşist ideologiyasının daşıyıcılarının ürəyində azərbaycanlılara qarşı düşmənçilik var.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik”.

Azad edilmiş torpaqlarla bağlı hədəflər

Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb. Bütün təkliflər, bütün təşəbbüslər qərargaha göndərilməlidir. Bu mövzuda danışarkən Prezident İlham Əliyev deyib ki, bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.

Azad olunmuş torpaqlarda görüləcək işlərin ardıcıllığı:
• Minalardan təmizləmə aparılır. Bu, böyükprosesin aparılması məqsədilə ANAMA yenidən qurulur.
• Minalar təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq təzminat davasında uğur qazanılmayacaq.
• Beynəlxalq şirkətlər özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
• “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır.
• Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək.
• Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək.
• Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək.

Dövlət başçısı onu da qeyd edib ki, Şuşanın ərazisi 300 hektardır. Birinci təhlil aparılmalı,ondan sonra o tarixi binalar bərpa edilməlidir. Bərpa zamanı mütəxəssislərin rəyi nəzərə alınacaq. Şuşada tarixi binaların bərpası, “xruşşovkalar”ın yerində müasir 4-5 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur. “Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidirlər” - deyə dövlət başçısı nitqinə əlavə edib.

Prezidentin məmurlara xəbərdarlığı

Şuşa şəhəri Azərbaycan Prezidenti tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Amma görünür bu şəhəri zəbt etmək istəyən, orada iri hasarlar çəkmək niyyəti güdən insanlar var. Dövlət başçısı bu kimi şəxslərə üz tutaraq “Məni əsəbləşdirməsinlər” ifadəsini səsləndirmişdir.

Şuşanı zəbt etmək istəyənlərin siyahısı:
• Mərkəzi Bankın sədrinin təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirməsi özbaşınalıqdır.
• “Azəravtoyol”un rəhbəri Şuşada qurumunun regional mərkəzini açmaq üçün Prezidentə müraciət edib. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var?
• AZAL-ın rəhbəridə müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur.
• Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?
• Fövqəladə hallar naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət edib.
• Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da yaratmaq istəyir. A kişi, Şuşada sərhəd var? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da.
• Hamısı dövlət hesabına Şuşada özlərinə rezidensiya inşa etdirmək, bu işə pullar israf etmək, özləri üçün şərait yaratmaq, o torpağı zəbt etmək istəyirlər.

Onların bu addımlarını “ucuz populyarlıq” adlandıran Prezident İlham Əliyev bunları əlavə edib: “Özünə yeni ofis yaratmaq üçün açıqlamalar verilməsi tamamilə qəbuledilməzdir. Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz. Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar”.
Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir.
Məmurlar həmişə Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq.
“Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər” - deyən Prezident İlham Əliyev bunları əlavə edib: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.
“Artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır” - deyə Prezident İlham Əliyev nitqinə əlavə edib.

Azərbaycan strateji prioritetlərinə sadiqdir
Azərbaycan strateji prioritetlərinə sadiqdir
İlham Əliyev: “İşğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq”
İlham  Əliyev: “İşğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq”
Xocalını xatırlayarkən: xalqın böyük kədəri və inamı
Xocalını xatırlayarkən: xalqın böyük kədəri və inamı
Xırdalan bələdiyyəsi 2021-ci ilə yeni hədəf və islahatlarla gedir
Xırdalan bələdiyyəsi 2021-ci ilə yeni hədəf və islahatlarla gedir
Yeni prioritetlər — inkişaf və sosial rifah
Yeni prioritetlər — inkişaf və sosial rifah
Şəhid Rüfət Şabanov doğum günündə yad edildi - Abşeron RİH əməkdaşları məzarını ziyarət edib, ailəsi ilə görüşdü
Şəhid Rüfət Şabanov doğum günündə yad edildi - Abşeron RİH əməkdaşları məzarını ziyarət edib, ailəsi ilə görüşdü
İradə Gülməmmədova müharibə veteranı ilə görüşdü
İradə Gülməmmədova müharibə veteranı ilə görüşdü
Prezident İlham Əliyev: “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz”
Prezident İlham Əliyev:  “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz”
İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
İradə Gülməmmədova Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib ailəsi ilə görüşdü
Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
COVID-19 pandemiyasına qarşı vaksinasiya Abşeron rayonunda da uğurla icra olunur
COVID-19 pandemiyasına qarşı vaksinasiya Abşeron rayonunda da uğurla icra olunur
Abşeron rayonunda uşaq bağçalarının açılması ilə əlaqədar hazırlıq işləri görülür
Abşeron rayonunda uşaq bağçalarının açılması ilə əlaqədar hazırlıq işləri görülür
Aşağı Güzdək qəsəbəsinin Seyid Əzim Şirvani küçəsi təmir olunur – başçı göstəriş verdi
Aşağı Güzdək qəsəbəsinin Seyid Əzim Şirvani küçəsi təmir olunur – başçı göstəriş verdi
Xırdalan şəhər 2 saylı uşaq bağçası əsaslı təmir olunur – başçı əraziyə gəldi
Xırdalan şəhər 2 saylı uşaq bağçası əsaslı təmir olunur –  başçı əraziyə gəldi
İ.Gülməmmədova şəhidin doğum günündə onun məzarını ziyarət edib ailəsi ilə görüşdü
İ.Gülməmmədova şəhidin doğum günündə onun məzarını ziyarət edib ailəsi ilə görüşdü
Xırdalanda növbəti küçə asfalt olundu – Başçı əraziyə gəldi
Xırdalanda növbəti küçə asfalt olundu – Başçı əraziyə gəldi
Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib
Abşeron məktəblərində sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib
Xırdalanda şəhidlərin xatirəsinə tikilən bulaq istifadəyə verildi
Xırdalanda şəhidlərin xatirəsinə tikilən bulaq istifadəyə verildi
Azərbaycan növbəti inkişaf yolunda: Üzərimizə düşən öhdəliklər
Azərbaycan növbəti inkişaf yolunda: Üzərimizə düşən öhdəliklər