Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyev: “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz”

Tarix:17-02-2021, 08:54

Prezident İlham Əliyev:  “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz”

Prezident İlham Əliyev: “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz”


“İşğaldan azad edilmiş torpaqlarda minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib”. Bu fikirləri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfərləri çərçivəsində dövlətimizin başçısı söyləyib. Torpaqların bərpası prosesinin artıq başladığını, bütün kəndlərimizin bərpa ediləcəyini önə çəkən Prezident Qarabağın cənnətə çevirəcəyini söyləyib.
Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Bu planlara uyğun olaraq bərpa işləri həyata keçiriləcək. Prezident İlham Əliyev deyib ki, artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.


“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları


Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Bu barədə danışarkən Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Onun sözlərinə görə, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa ediləcək insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq.


Azad edilmiş torpaqlarda bu sahələr sürətlə inkişaf edəcək

Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir. Prezident İlham Əliyev deyib ki, evləri də, təbiəti də bərpa edəcəyik.
Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Ona görə də bu sahənin inkişaf etdirilməsi və lazimi tədbirlərin həyata keçirilməsi başlıca istiqamətlərdən biridir.


“İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir”
İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Bu barədə danışarkən Prezident İlham Əliyev bildirib ki, dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb. “İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.
Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır.
Qeyd olunmalıdır ki, 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.

“Yaşıl enerji” zonası yaradılır

Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq.
“Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq” – deyə Prezident İlham Əliyev bildirib.
Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. “Yaşıl enerji”nin inkişafı investiya cəlbinin əsas istiqamətlərindən biridir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.

Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti:
• Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu;
• Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu;
• Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu;
• Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı;
• Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Bölgəni inkişaf etdirəcək LAYİHƏ

Bölgə ölkələri sözügedən yolun tikintisinə böyük maraqla yanaşırlar. Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti var. Bununla:
• Bütün bölgə ölkləri ancaq xeyir götürür;
• Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilir və müharibə riskləri sıfra endirilir;
• Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir;
• Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər;
• Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır;
• İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb. Dövlətimizin başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.


“Biz döyüş meydanında Qələbə qazandıq”


Hazırda da Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Prezident İlham Əliyev bu barədə danışarkən bildirib ki, biz hər şeyə nəzarət edirik və heç vaxt erməni faşizminin bir daha baş qaldırmasına imkan vermərik: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olub. Azərbaycan Ordusunda bir nəfər də fərarinin olmadığını və bunu xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürü adlandıran Prezident İlham Əliyev deyib ki, biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur oldu.
Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər.
Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək bu təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım-addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur.
“Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik” – deyə Prezident İlham Əliyev qeyd edib. Laçın rayonunun cənub hissəsi hərbi əməliyyatlar nəticəsində azad edilib. Səfiyan və Türklər kəndlərinin azad edilməsi ilə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm əldə edib.

Satılan torpaqlar döyüşlə azad edildi

Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Prezident İlham Əliyev qeyd edib ki, Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır: “
AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib. AXC-nin nəzarəti altında qüvvələr olsa da, Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu. Sonra Laçın rayonunu da satmış, ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəlmişdilər. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik etmişlər.
“Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!” – deyən Prezident İlham Əliyev əlavə edib ki, AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşürək azad etmişik: ”Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib