Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Region ölkələrinin inkişafı seçimdən asılıdır: – Kim nəyi seçir?!

Tarix:3-03-2021, 08:10

Region ölkələrinin inkişafı seçimdən asılıdır: – Kim nəyi seçir?!


Azərbaycanla Türkiyənin dost və qardaşlığının böyük tarixi kökləri vardır. İki ölkə öz mənəvi bağlılığını təkcə sözdə deyil, eyni zamanda dəfələrlə əməldə göstərib. Dövlətlərimiz ən çətin zamanlarda bir-birilərinə yardım edib və hətta silaha sarılaraq qardaşlarının milli azadlığı uğrunda döyüş meydanlarına atılmaqdan çəkinməyiblər. Bu kimi halları istər Çanaqqala savaşında, istərsə də Bakının bolşevik-erməni silahlılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə müşahidə etmişik. Bütün bu və bunun kimi bir çox tarixi faktlardan irəli gələrək xalqlarımızın böyük insanları tərəfindən heç bir zaman unudulmayacaq məşhur kəlamlar, fikirlər səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” deyimi ilə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyimi də məhz bu tarixi bağlılığımızdan, qardaşlığımızdan qaynaqlanır.
Bu gün də Azərbaycanla Türkiyənin timsalında əsl qardaşlıq nümunəsi dünyaya göstərilməkdədir. İki ölkə arasında iqtisadi, hərbi, qanunvericilik və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq həyata keçirilməkdədir. Günü-gündən daha da inkişaf edən və hər ötən gün yeni mərhələyə qədəm qoyan əməkdaşlığımız həyatın bütün sahələrinə sirayət etməkdədir.

Hər kəsə bəllidir ki, Türkiyə bir güc mərkəzi olaraq bütün dünyada söz sahiblərindən biri rolunu oynamaqdadır. Bu baxımdan rəsmi Ankaranın bizim bölgəmizdə də böyük təsir imkanları və nufuz dairəsi mövcuddur. Türkəyənin bölgəmizdəki fəaliyyətinin genişlənməsi Azərbaycanın milli maraqlarına cavab verən amillərdəndir. Bölgədə barış, sülh və uzunmüddətli iqtisadi inkişafın olmasında rəsmi Ankaranın siyasi mövcudluğu böyük əhəmiyyət daşıyır. Ona görə də hesab olunur ki, işğaldan azad edilən ərazilərimizdə Rusiya-Türkirə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi bölgəyə sülh gətirməklə yanaşı, həmin ərazilərin iqtisadi inkişafına da təsir göstərəcəkdir. Bu məsələyə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da toxunub. Dövlətimizin başçısı bildirib ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. “Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı”. Cənab Prezidentin vurğuladığına görə, artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını çox önəmli addım adlandıran dövlətimizin başçısının sözlərinə görə, bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan xalqı Qarabağda Türkiyənin Rusiya ilə birgə sülhün təminatçısı kimi iştirakını birmənalı şəkildə arzulayırdı. Bir çox politoloqların fikrinə görə, bu nüans insanlarda əvvəllər mövcud olmuş naharatlıqları tamamilə aradan qaldırmışdır. Çünki tükr əsgərinə, onun barış, sülh ruhuna olan inam çox böyükdür. Bu inam da illərə, tarixi faktlara söykənir.

II Qarabağ müharibəsi zamanı rəsmi Ankara əsl qardaşlıq nümayiş etdirib, savaşın ilk günlərindən çox müsbət davranış sərgiləyib. Mətbuat konfransında jurnalistlərin sullarını cavablandırarkən Prezident İlham Əliyev bu məsələyə də münasibət bildirib. Dövlətimizin başçısının sözlərinə görə, Türkiyə sülhə, sabitliyə hesablanmış davranış göstərib. Eyni zamanda, qardaş ölkənin ilk günlərdən Azərbaycanın haqq işinə öz dəstəyini verdiyini qeyd edən Prezident İlham Əliyevin bildirdiyinə görə, müharibə dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. “Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın”.

Qardaş ölkənin dünyanın güc mərkəzində tutduğu rolundan danışan Prezident İlham Əliyev qeyd edib ki, rəsmi Ankara bölgəmizdə də çox müsbət rola malikdir və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyənin Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssisin Azərbaycana ezam edildiyini önə çəkən dövlətimizin başçısının sözlərinə görə, qardaş ölkənin istehsal etdiyi silahların keyfiyyətini müharibə dövründə bütün dünya gördü. “Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir” – deyən Prezident İlham Əliyevin bildirdiyinə görə, artıq yeni kontraktlar imzalanıb. Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək.

Artıq uzun illərdir ki, Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirir. Bundan sonra isə belə təlimlərin daha çox keçirilməsinə ehtiyac vardır. Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, bu səpkili təlimlər 2019-cu ildə 10 dəfədən çox keçirilib. Keçən il pandemiyaya görə bir qədər az keçirildiyini deyən dövlətimizin başçısı sözügedən sahədə də işlərin aparılacağını vurğulayıb.

Görünən odur ki, hər iki ölkə hərbi sahədəki əməkdaşlığı davam etdirmək niyyətindədir. Və bu əməkdaşlığın hərbin müxtəlif sahələrinə sirayət edəcəyi proqnozlaşdırılır. Azərbaycanda Türk Ordusunun kiçik modelininin yaradılması da mümkün olan tədbirlərdəndir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qeyd olunmalıdır ki, Türkiyədən müasir texnika alınıb, o artıq gətirilib. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq.

Bölgənin inkişafında regional dəhlizlərin rolu...

Heç kimə sirr deyil ki, bölgənin iqtisadi inkişafı sabitliyin qorunmasından və regional layihələrin icrasından – dəhlizlərin açılmasından asılıdır. Dövlətimizin başçısı jurnalistlərlə görüşdə qeyd edib ki, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də böyük planlar var və onlar reallaşacaq. Üstəlik qeyd olunmalıdır ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı arada fikir ayrılığı da yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bütün bu imkanlar region ölkələrinin hamısı üçün sərfəlidir və ondan bütün iştirakçılar faydalanacaqdır.
Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. Əks təqdirdə rəsmi İrəvan bundan əvvəlkilər kimi bütün regional layihələrdən kənarda qalacaq. Sözsüz ki, kənarda qalmaqla hər hansı bir qazanc əldə edə bilməyəcək. Əgər rəsmi İrəvan sülhün və sabitliyin, iqtisadi inkişafın uzunmüddətli olmasında səmimidirsə, o zaman bu kimi layihələrə ikiəlli “hə” deməlidir. Üstəlik, ermənilər nəzərə almalıdırlar ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzlərsə, bu, onların vəziyyətinin daha da çətinləşməsinə səbəb ola bilər. Çünki bu ölkələrlə əməkdaşlıq etmədən resursu olmayan Ermənistanın bərpası qeyri-mümkündür. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşamaqda davam edəcəklər. Prezident İlham Əliyev bildirib ki, Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir.
Qarabağda həyata keçiriləcək yenidənqurma işlərində Türkiyə şirkətləri aktiv iştirak edəcək. Bu istiqamətdə artıq ilk kontraktlar imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti ilə də dəfələrlə danışıb. Bu işlər birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Türk şirkətlər şəhərsalmadan tutumuş, yol çəkilişləri və tarix-memarlıq abidələrinin bərpasına qədər olan bütün sahələri əhatə edəcəkdir. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı qardaş ölkənin şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Eyni zamanda Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərə verdiyi və 4 saatdan çox çəkən müsahibəsi zamanı Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürünü ifadə edib. Dövlətimizin başçısı Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olmasını “qardaşlıq rəmzi” adlandıraraq deyib ki, sözügedən sərhəd Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğal etdikdən sonra bağlanmışdır. Artıq münaqişənin başa çatdığını, Azərbaycanın öz torpaq bütövlüyünü bərpa etdiyini önə çəkən Prezident İlham Əliyevin bildirdiyinə görə, artıq bölgədə yeni vəziyyət yaranıb. “Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar”. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Belə ki, müharibədən əvvəl Ermənistan Prezidenti “Sevr müqaviləsinə yenidən baxılmalıdır” deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Prezident İlham Əliyev onu da əlavə edib ki, ermənilər bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. “Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır. “Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq”.

Göründüyü kimi, hazırda rəsmi İravanın qarşısında iki seçim yolu var. Ya bölgədəki yeni situasiyanı qəbul edib region ölkələri ilə əlaqələr quraraq inkişaf yolu seçəcək, iqtisadi artım əldə edərək vətəndaşlarının rifahını düşünəcək, ya da ikinci və daha bədbin yolu seçəcək. Hansı ki, bu zaman yenə də bütün regional layihələrdən kənarda qalaraq iqtisadi geriliyə düçar olacaq. Necə deyərlər, ermənilərin seçimi onların həyat yoluna çevriləcək.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib