Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”

Tarix:6-03-2021, 13:30
Baxış Sayı:164

Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siysətin, diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sürsat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur.

Azərbaycan hər an düşmənə layıqli cavab verə bilməyə qadir olan güclü-qüdrətli və modern ordusu, hərbi arsenalında isə ən müasir, dünyanın qabaqcıl ölkələrinin ordularının silahlanmasında istifadə etdikləri texnika var.

Dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı hər şeyə qadirdir

Azərbaycan ordusunun ən son elmi nailiyyətlərin bəhrəsi olan masir hərbi-texniki bazası və bu texnikanı işlətməyə, ən əsası hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan peşəkar zabit korpusu var.

Azərbaycan düyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etd, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikalarını iflic vəziyyətə gətirdi.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat mətbuat konfransında bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın Müzəffər Ordusu hədəfinə çatıb. “Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”. Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsi olduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib ki, xüsusi təyinatlılar və digər hərbi birləşmələrimizin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik.

Ölkəmiz müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə maharibələrin aparılması doktrinasında ciddi dəyişiklərə səbəb olacaq. Yüksək dağlıq şəraitində həyata keçirilən Şuşanın Ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə parlaq səhifə kimi yazılacaq.
Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycan Ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir.
Son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Şəhla Ağbulud

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ
Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ
Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”
Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”
Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu
Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu
Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq
Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq
“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”
“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”
İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi
Rayon başçısı vaksinasiya prosesini izlədi
Rayon başçısı vaksinasiya prosesini izlədi
Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!
Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!
Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”
Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”
İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu
İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu
Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı
Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı
İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”
İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”
İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb
Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb
Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”
Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”
Prezident İlham Əliyev: “Bu baş tutsa, onlar sülhün xeyrini görəcəklər”
Prezident İlham Əliyev: “Bu baş tutsa, onlar sülhün xeyrini görəcəklər”
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır