Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”

Tarix:10-03-2021, 17:03

İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”

Müasir Azərbaycanın inkişafı, yüksəlişi ümummilli lider Heydər Əliyevin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəyə rəhbərlik etdiyi gündən respublikamız surətli inkişaf yolunu tutmuşdur. Onun nəticəsidir ki, bu günki Azərbaycan dünya dövlətləri sırasında artıq söz sahibinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasında yetişən bir çox gənc kadrlar cəmiyyətrə inteqrasiya olunmuş və dövlət idarəçiliyinin bir sıra sahələrində təmsil olunmuşlar.
Yeni Azərbaycan Partiyasının xalqın sevimli partiyasına çevrilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bu partiya məhz Heydər Əliyev ideyaları ilə formalaşaraq inkişaf etmişdir. İnsanları YAP-a gətirən başlıca amillərdən biri də həmin ideyaların xalqa, milli maraqlarımıza xidmət etməsi və ümummilli liderə olan inam olmuşdur. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına, təqiblərinə məruz qalırdı. Bu barədə danışarkən Prezident İlham Əliyev bildirmişdir ki, faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, suzuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerində oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər. Ümummilli liderin müdrik siyasəti nəticəsində Naxçıvanda yaşayan soydaşlarımızın sosial durumu yaxşılaşdı və rifah halı yüksəldildi. Bununla da Naxçıvanlılar blokadanın gətirdiyi iqtisadi ağırlıqdan çıxa bildilər.
SSRİ rəhbərliyi 20 yanvar hadisələrindən sonra Azərbaycan ərazisində “şou xarakterli” referondum da keçirməyə nail oldular. Bu referondumla güya azərbaycanlıların fikrini öyrənmək istəyirdilər. Bilmək istəyirdilər ki, Azərbaycan Sovet İttifaqının tərkibində qalmağa razıdır, ya yox. Hər kəsə bəllidir ki, bu, üzdə elə göstərilir, təbliğ olunurdu. Əslində isə referondunun nəticələri əvvəlcədən bəlli idi. Nəticələr SSRİ rəhbərliyinin istəyini nümayiş etdirməli idi. Prezident İlham Əliyev YAP-ın qurultayında etdiyi çıxışında bu mövzuya da toxunub. Dövlətimizin başçısı qeyd edib ki, referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. “Bu absurd idi. Çünki 20 yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıları qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı.Belə vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni tam saxtalaşdırılmışdı. Ancaq Naxçıvan Muxtar Pespublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdi. Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi” – deyə ölkə rəhbəri qeyd edib.
Yeri gəlmişkən o da qeyd olunmalıdır ki, Azərbaycan xalqının başına gətirilən bu oyunlarda o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərliyin də günahı az deyil. Həmin dönəmdə respublikamızı idarə edən siyasi rəhbərliyin dişsiz olması, qorxaqlığı və faciələrin qarşısını almaq üçün hər hansı bir əməli tədbirlər görməməsi nəticəsində soydaşlarımız faciə qurbanları oldu. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Xalq Cumhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi.
Sözsüz ki, ümummilli liderin fəaliyyəti, əməyi, uzaqgörənliyi, siyasi bacarığı və problemlərin həllində göstərdiyi cəsarəti Azərbaycan xalqının ürəsində ona qarşı böyük sevgi, məhəbbət yaratmışdır. Məhz onun nəticəsi idi ki, Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhranda çıxma prosesi başladı.

Əsil müstəqillik tariximiz Heydər Əliyevin adı ilə bağlıdır

Qurultayda çıxışı zamanı Prezident İlham Əliyev müstəqilliyimizə aparan yoldan da danışıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyi bir az da tez elan edilə bilərdi: “Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesi gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqillik elan etmək olmazdımı? Əlbətdə olardı. Ona görə bizim əsil müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox!
Bəs bu nə müstəqillikdi? Əlbətdə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir riskdən sığortalamış olarıq” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.

Şəhla Ağbulud

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır